Azərbaycan Hərb Tarixi Muzeyində "Azadlığa aparan şanlı yol" adlı tədbir keçirilib -

Azərbaycan Hərb Tarixi Muzeyində "Azadlığa aparan şanlı yol" adlı tədbir keçirilib

Azərbaycan Hərb Tarixi Muzeyində 20 Yanvar hadisələrinin ildönümünə həsr olunmuş "Azadlığa aparan şanlı yol" adlı tədbir keçirilib.
Tədbirdə Müdafiə Nazirliyinin müxtəlif idarələri, xüsusi təyinatlı təhsil müəssisələri, muzeylər və ictimai təşkilatlardan nümayəndələr iştirak ediblər.
Bu tarixi gündə Azərbaycan xalqının əsrlər boyu qəlbində yaşatdığı milli azadlıq və istiqlal istəyindən geri çəkilməyəcəyini, müqəddəs amal uğrunda hətta canından belə keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdiyi tədbir iştirakçılarının çıxışlarında qeyd olunub.
Sonda 20 Yanvar hadisəsinə həsr olunmuş qısametrajlı sənədli film nümayiş etdirilib.
Rəsmi hissə başa çatdıqdan sonra tədbir iştirakçıları Şəhidlər Xiyabanını ziyarət ediblər. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !