Bank VTB (Azərbaycan)-ın kollektivi Şəhidlər Xiyabanını ziyarət edib və şəhidlərin xatirəsini anıb - FOTO

Bank VTB (Azərbaycan)-ın kollektivi Şəhidlər Xiyabanını ziyarət edib və şəhidlərin xatirəsini anıb FOTO

20 Yanvar faciəsinin 26-cı ildönümü ərəfəsində bank VTB (Azərbaycan)-ın kollektivi yanvar hadisələrinin şəhidlərinin xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət edib. Başda idarə heyətinin sədri olmaqla, bankın kollektivi şəhidlərin məzarı üstünə gül qoyub.
“20 Yanvar 1990-ci il Azərbaycan tarixinin ən faciəli, eləcə də ən şərəfli səhifələrindən biridir. Məhz bu gün Azərbaycan xalqı həyatı bahasına azadlığa qovuşmuşdur. Bank VTB (Azərbaycan) qəhrəmancasına Azərbaycanın müstəqilliyini bərpa edən şəhidlərin xatirəsini yad edir”- deyə, bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yuri Yakovlev bildirib.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !