Azərbaycan Dövlət Teatr Muzeyi 20 Yanvar-qan yaddaşımızdır adlı tədbir keçirmişdir - FOTO ( AZpress.AZ - Nəriman İsmayılov)

Azərbaycan Dövlət Teatr Muzeyi “20 Yanvar-qan yaddaşımızdır” adlı tədbir keçirmişdir FOTO ( AZpress.AZ - Nəriman İsmayılov)

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi 19 yanvar 2016-cı il tarixində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “20 Yanvar-qan yaddaşımızdır” adlı tədbir keçirmişdir. Muzeyin ekspozisiya-kütləvi iş şöbəsinin müdiri Şeriyyə Məmmədova tədbiri açıq elan etdikdən sonra şəhidlərin xatirəsi bir dəqiqə sükutla yad edildi. Çıxışçılar - Qarabağ şəhidi Tacəddin Aslanovun anası Nigar Aslanova, qanlı yanvar faciəsinin canlı şahidi,

Azərbaycan Dillər Universitetinin müəllimi, professor Məhəmməd Teymurlu Azərbaycan xalqının başına gətirilən faciələrdən, 20 Yanvar gecəsinin dəhşətlərindən söhbət açdılar.

Tədbirdə “Aytam” Uşaqların və Gənclərin Mədəni Maarifləndirilməsi İctimai Birliyinin üzvlərinin ifasında vətənpərvərlik mövzusunda şeirlər, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin tələbələrinin ifasında musiqi kompozisiyası səsləndi. Tədbirdə şəhər muzeylərinin əməkdaşları, Azərbaycan Dövlət Dəniz Akademiyasının müəllim və tələbə heyəti, mətbuat nümayəndələri iştirak etdi.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !