BÜLBÜLÜN MEMORİAL MUZEYİNDƏ "TARİXİMİZİN QANLI SƏHİFƏSİ" YAD EDİLDİ - FOTO

BÜLBÜLÜN MEMORİAL MUZEYİNDƏ "TARİXİMİZİN QANLI SƏHİFƏSİ" YAD EDİLDİ FOTO

19 yanvar Bülbülün Memorial Muzeyində "Tariximizin qanlı səhifəsi" adlı tədbir keçirilmişdir. Tədbir iştirakçılarını salamlayan muzeyin direktoru Fərqanə Cabbarova 20 Yanvar faciəsini bəşər tarixində insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu vurğuladı. Milli azadlığımız uğrunda canlarından keçən şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi.
Tədbirdə muzeyin baş mühafizi İsgəndərova Nigar tarixə “Qanlı Yanvar” faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artqı iyirmi altı il keçdiyini qeyd etdi. Yanvar qırğını nə qədər faicəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılmışdır.
Şəhid anası Fəridə Fətullayeva, Respublika Şəhid Anaları Cəmiyyətinin sədri Rəfiqə Əsgərova o gecə ucalan fəryadları bir daha yaşatdılar. "Qanlı Yanvar" faicəsi haqqında şahidi olduqları hadisləri biz gənclərlə bölüşdülər. Aytam Uşaqların Mədəni Maarifləndirməsi İctimai Birliyinin sədri Aygün xanım, "Respublika" qəzetinin xüsusi müxbiri, şair-publisist Rauf İlyasoğlu bu qanlı gecə haqqında çıxış etdilər.
Bülbül adına orta ixtsas musiqi məktəbinin şagirdi, prezident təqaüdçüsü Atabəy İsmayılov tarda, beynəlxalq müsabiqələr laureatı Rəşid Behbudov pianoda Vasif Adıgözəlovun "Qərənfil" romansını ifa etdilər.
Tədbirdə Aytam Uşaqların Mədəni Maarifləndirməsi İctimai Birliyinin üzvləri, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin üzvləri 20 Yanvara həsr olunmuş şeirlərini, fikirlərini bölüşdülər. Həmçinin gənc üzvlər tərəfindən xalq mahnısı "Sarı gəlin", "Qarabağ şikəstəsi" ifa edildi.
Bülbülün Memorial Muzeyinin kollektivi həmin gecə canlarından keçənlərin xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət etdilər.
Dünyada hər kəsin "Qanlı Yanvar" facisəini xatırlaması və yad etməsi vacibdir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !