Cihan xəbər agentliyi 20 Yanvar faciəsini dünyaya çatdırır -

Cihan xəbər agentliyi 20 Yanvar faciəsini dünyaya çatdırır

Türkiyənin Cihan Xəbər Agentliyi 20 Yanvar faciəsi ilə bağlı xəbərləri dünya ölkələrinə çatdırmaqda davam edir. Agentliyin ölkəmizdə olan nümayəndəliyinin rəhbəri Mehmet Şimşək Bakıda olan 20 yanvar tədbirlərini həmçinin faciənin detalları ilə bağlı bütün məlumatları agentliyə abunə olan bütün kanallara göndərəcəklərini bildirib. Saytımıza müsahibə verən nümayəndəlik rəhbəri bununla bağlı artıq fəaliyyətə başladıqlarını, agentliyin əməkdaşının faciə şahidi foto jurnalist Rasim Sadıqovdan reportaj aldıqlarını bildirib. Müsahibədə Rasim Sadıqov Sovet ordusunun vəhşiliyini lentə aldığını və həmin şəkil və videoları dünya kanallarına payladığını bildirib.azerbaycan24

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !