YAP Ağcabədi rayon təşkilatında 20 Yanvarla əlaqədar tədbir keçirilmişdir - FOTO ( AZpress.AZ - Mais İbrahimov, Ağcabədi)

YAP Ağcabədi rayon təşkilatında 20 Yanvarla əlaqədar tədbir keçirilmişdir FOTO ( AZpress.AZ - Mais İbrahimov, Ağcabədi)

Yanvarın 19-da YAP Ağcabədi rayon təşkilatının binasında İcra Hakimiyyəti və YAP Ağcabədi rayon təşkilatının 20 Yanvar faciəsinə həsr edilmiş tədbir keçirilmişdir.Tədbiri YAP Ağcabədi rayon təşkilatının sədri, RİH-i Başçısının müavini Rövşən Əhmədov açdı. 20 Yanvar şəhidlərinin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi 1-dəqiqəlik sükutla yad edildi. Tədbirdə YAP Qadınlar Şurasının sədri, RİH-i Başçısının müavini Naibə Mustafayeva çıxış edərək qeyd etdi ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet qoşunları tərəfindən azadlıq mübarizəsinə qalxmış günahsız insanlar ağır texnika və avtomatik silahlarla güllə-boran edilmiş, qanlı faciə törədilmişdir. Lakin bu qanlı aksiya insanları azadlıq mübarizəsindən çəkindirməmiş, əksinə 20 Yanvarda tökülmüş qan Respublikamızın müstəqilliyi uğrunda ölüm–dirim mübarizəsinə qalxmış azadlıq mücahidlərinin bayrağında müqəddəs rəngə çevrilmişdir.
Ağcabədi YAP Qadınlar Şurasınınm üzvü, Tarix və diyarşünaslıq muzeyinin direktoru Nərminə Əkbərova çıxış edərək qeyd etdi ki, 20 Yanvarda xalqımız böyük bir faciə ilə üzləşsə də, özünün vətənə, torpağa sədaqətini,qəhrəmanlığını, azadlıq və müstəqillik uğrunda mübarizə əzmini, sarsılmazlığını, bir daha nümayiş etdirdi. Rəsmi məlumata görə həmin vaxt təkcə Bakı şəhərində 131 nəfər xüsusi amansızlıqla qətlə yetirilib, 744 nəfər yaralanıb, 841 nəfər isə həlak olunub. Həlak olanlar arasında qadınlar, uşaqlar, qocalar da vardı. Tərkibində ermənilərin də olduğu Sovet hərbçiləri tərəfindən 200 ev və mənzil talan edilərək yandırıldı. 80 avtomaşın, o cümlədən, təcili yardım maşını, külli miqdarda şəxsi və dövlət əmlakı məhv edildi.
YAP Ağcabədi rayon təşkilatının sədr müavini Teymur Rəhimov çıxış edərək qeyd etdi ki, bu faciəyə ilk olaraq öz etirazını bildirən isə Ulu Öndər Heydər Əliyev oldu. Həmin dövrdə Sovet imperiyasının rəhbərliyi tərəfindən təqiblərə məruz qalan Ümummilli Lider Heydər Əliyev 1990-cı il yanvarın 21-də Moskvada yerləşən Azərbaycan nümayəndəliyinə gələrək mətbuat konfransı keçirdi və baş verənlərlə bağlı açıqlama verdi, xalqımıza qarşı törədilən cinayəti ifşa etdi.
YAP Ağcabədi rayon təşkilatının baş təlimatçısı, Qarabağ müharibəsi veteranı Ramil Nağıyev çıxış edərək 1990-cı illərdən başlayaraq xalqımıza qarşı törədilən vəhşiliklərə qarşı öz fikrini söyləmiş, eyni zamanda qeyd etmişdir ki, Möhtərəm Prezidentimiz, Ali baş komandan İlham Əliyevin torpaqlarımızın azad olunması üçün beynəlxalq aləmdə apardığı məqsədyönlü siyasətin onun və bütün gənclər tərəfindən dəstəkləndiyini bildirmiş, qarşıya qoyulmuş məqsədə danışıqlar yolu ilə nail olunmasa, silaha sarılaraq öz doğma torpaqlarımızı azad etməyə hər an hazır olduqlarını bəyan etmişdir.
Tədbirdə 20 Yanvar faciəsinə həsr edilmiş video-film nümayiş etdirildi.

 

Fotomüxbir. Mais Amin AZpress.AZ Ağcabədi
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !