Ağdamda muzey əməkdaşları 20 Yanvar şəhidlərini anıblar - FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

Ağdamda muzey əməkdaşları 20 Yanvar şəhidlərini anıblar FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

Ağdam rayon Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyində 20 Yanvar faciəsinin ildönümünə həsr edilmiş anım mərasimi keçirilib.Mərasimdə Mahrızlı kənd orta məktəbinin müəllim və şagird kollektivi , kənd sakinləri və ön cəbhədə xidmət edən hərbçilər iştirak ediblər.
Mərasimdə çıxış edənlər faciələr zamanı ürəyi azadlıq eşqi ilə yanan Azərbaycan xalqının başına gətirilən qətliamdan danışıblar. Məktəblilərin ifasında şeirlər səsləndirilib.

Sonda tədbir iştirakçıları R.Məmmədov adna Döyüş Şöhrəti Muzeyi ilə tanış olublar. Muzeyin direktoru Sahib Məmmədov ziyarətçilərə muzey haqqında ətraflı məlumat verib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !