20 Yanvar şəhidləri Ağcabədi rayon Hacıbədəlli kəndində də anılıb - FOTO ( AZpress.AZ - Mais İbrahimov, Ağcabədi)

20 Yanvar şəhidləri Ağcabədi rayon Hacıbədəlli kəndində də anılıb FOTO ( AZpress.AZ - Mais İbrahimov, Ağcabədi)

19 yanvar 2016-cı il Ağcabədi rayon Hacıbədəlli kənd orta məktəbində 20 Yanvar faciəsinin 26-cı il dönümü illə əlaqədar tədbir keçrilmişdir.Tədbir Dövlət himni ilə başlamış, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla anılmışdır.Daha sonra məktəbin direktoru Feyzulla Feyzullayev,məktəbin xarici işlər üzrə direktor muavini Vüqar Rzayev, müəllim Qafar Qurbanov xalqımızın tarixlər boyu başına gətirlən müsibətlərdən danışmısdır.Daha sonra şagirdlər 20 Yanvarla əlaqədar şeirlər söyləmişdir. Hacıbədəlli kənd axundu Kərimov Elnur Vətən uğrunda şəhid olanların ruhuna dualar oxunmuşdur. Sonra isə məktəbin müəllim və şagird kollektivi kənd ərazisində yerləşən Hacıbədəlli kənd Şəhidlər Abidə kompleksi önünə qərənfillər düzmüşlər..


Mais Amin, AZpress.AZ, Ağcabədi
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !