Bərdədə “20 Yanvar şərəf və qürur günümüzdür” adlı tədbir keçirilib FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)
Bu xəbəri paylaş
Bərdə rayon Mərkəzi Kitabxanasıda 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr edilmiş tədbir keçirilib. Gənclər və İdman idarəsinin və Mərkəzi Kitabxanın birgə təşkilatçılığı təşkil edilən “20 Yanvar şərəf və qürur günümüzdür” adlı tədbirdə kitabxana əməkdaşları və rayon gəncləri iştirak ediblər. İlk öncə 20 Yanvar şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra mərasimdə çıxış edənlər 1980-ci illərin sonunda SSRİ məkanında gedən ictimai-siyasi proseslərdən, sovet imperiyasının dağılma ərəfəsində olduğundan, ümummilli lider Heydər Əliyevin vəzifədən uzaqlaşdırılmasından və bundan sonra xalqımızın başına gələn faciələrdən danışıblar. Qeyd olunub ki, məhz ulu öndər 1993-cü ildə yenidən ölkə rəhbərliyinə qayıtdıqdan sonra “20 Yanvar” faciəsinə düzgün siyasi qiymət verilib.
Sonra məktəblilərin ifasında faciyəyə həsr edilmiş şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiyalarla çıxışlar olunub.