Lənkəran Teatrında 20 Yanvar hadisələrindən bəhs edən tamaşa nümayiş etdirilib -

Lənkəran Teatrında 20 Yanvar hadisələrindən bəhs edən tamaşa nümayiş etdirilib

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında 1990-cı iliin 20 Yanvar hadisələrinə həsr olunmuş yazıçı-publisist Ağaddin Babayevin “Qanlı Yanvar” adlı yeni tamaşası nümayiş etdirilib. 26 il öncə Bakıda, Lənkəranda və Azərbaycanın digər bölgələrində xalqımızın başına gətirilən müsibətlərdən bəhs edən səhnə əsərinin quruluşçu rejissoru respublikanın əməkdar artisti Adil Zeynalov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Aktyorlardan respublikanın xalq artisti Qabil Quliyev, əməkdar artistlər Sucəddin Mirzəyev və Zemfira Nəcəfova, Aynur Əhmədova, Əlibala Əsgərov, Miraslan Ağayev, Sayad Əliyev, Emin Fərzullayev, Gülər Kərimova, Şəbnəm Hüseynova və digərləri 1990-cı ilin həmin qanlı-qadalı günlərində öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladlarının canlı obrazlarını yaratmağa nail ola biliblər. Tamaşa rayonun ümumtəhsil məktəblərinin müəllim və yuxarı sinif şagirdləri tərəfindən maraqla izlənilib. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !