Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Qanlı Yanvar hadisələrinin 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib -

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Qanlı Yanvar hadisələrinin 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Lənkəran şəhər Mədəniyyət və Turizm şöbəsinin və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Qanlı Yanvar hadisələrinin 26–cı il dönümünə həsr olunmuş “Müstəqilliyə açılan yol” adlı anım tədbiri keçirilmişdir. Tədbir öncəsi iştirakçılar faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Tədbirdə 1990-cı il 20 yanvar hadisələri və torpaqlarımıza qarşı zaman- zaman törədilən ərazi iddiaları haqqında məlumatlar verilmişdir. Bildirilmişdir ki, 19-dan 20-sinə keçən keçə Bakıda baş vermiş qanlı olay əslində XX əsr boyu Azərbaycan xalqına qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Həmin gün imperiya qüvvələrinin respublikada törətdikləri o ağır cinayətdə hərbi təcavüz nəticəsində mərd, mübariz oğul və qızlarımız şəhid oldu, külli miqdarda dövlət əmlakı və şəxsi əmlaka ziyan dəydi.

Həlak olanlar arasında təkcə dinc əhali deyil, ölkənin tanınmış alimləri, istedadlı gəncləri, məktəbliləri və ahılları var idi. Onlar vətən, torpaq uğrunda canlarını qurban verməklə müstəqilliyə yol açdılar və əbədi olaraq xalqın silinməz tarixi yaddaşına yazıldılar. O zamanlar Moskvada yaşayan, qəlbi daim Azərbaycanla döyünən, böyük siyasətçi, Ümumilli lider Heydər Əliyev ölkənin belə bir agır günündə xalqını tək qoymayaraq, yanvarın 21-də ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gələrək terror aktını pisləyən bəyanatla çıxıs etdi. Baş vermiş hadisəyə siyasi qiymətin verilməsi yalnız bu böyük insanın adı ilə bağlıdır. Onun ikinci dəfə ölkədə hakimiyyətə qayıdışından sonra şəhid ailələrinə və hadisələrdə zərər cəkmiş insanlara yüksək dövlət qayğısı göstərildi, şəhidlərimizin adlarınin əbədiləşdirilməsi üçün ciddi addımlar atıldı. Müstəqil Azərbaycanda bu siyasi xəttin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən layiqli davam etdirilməsi onun siyasi kursa və xalqına sadiqliyini göstərir. Bu gün Müstəqil Azərbaycanda baş verən ictimai-siyasi proseslər bir daha bütün dünya dövlətlərinə bəyan edir ki, baş verən hər hansı qanlı olay bu dövlətin, bu millətin azadlıq və müstəqillik əzmini qıra bilməz.

Tədbirdə şəhər 4 saylı məktəb-liseyin və H.Əliyev Mərkəzinin Rəsm studiyasının üzvlərinin Yanvar hadisələrini eyni zamanda müstəqilliyə gedən böyük yolu əks etdirən rəsm əsərlərinin sərgisi və sənədli filmlərdən fraqmentlər nümayiş etdirilmişdir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !