Cəlilabad rayon Heydər Əliyev Mərkəzində Sizi unutmarıq adlı rəsm müsabiqəsi keçirilmişdir -

Cəlilabad rayon Heydər Əliyev Mərkəzində “Sizi unutmarıq” adlı rəsm müsabiqəsi keçirilmişdir

Cəlilabad rayon Heydər Əliyev Mərkəzində Heydər Əliyev Mərkəzinin və Dövlət Rəsm Qalereyasının birgə təşəbbüsü ilə “20 Yanvar Ümumxalq Hüzn gününə” həsr olunmuş “Sizi Unutmarıq” adlı rəsm müsabiqəsi keçirilmişdir.

Rəsm müsabiqəsində Cəlilabad şəhər 1,2,4,7 və 8 saylı tam orta məktəblərin şagirdləri iştirak etmişdir. Müsabiqəyə 160 rəsm əsəri təqdim olunmuş, onlardan 45-i sərgidə nümayiş olunmuşdur. 18 şagird isə qaliblər sırasına daxil edilmişdir.

Müsabiqənin məqsədi 20 yanvar şəhidlərini anmaq və rayonda olan istedadlı gəncləri müəyyən etməkdir. Rəsm əsərlərinin seçilməsi və yerlərin müəyyən edilməsi münsiflər heyətinə həvalə olunmuşdur.

Qaliblər müxtəlif hədiyyələr və fəxri fərmanlarla təltif olunmuşdular. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !