Mingəçevir Turizm Kollecində 20 Yanvar mövzusunda açıq dərs keçirilmişdir - FOTO

Mingəçevir Turizm Kollecində “20 Yanvar” mövzusunda açıq dərs keçirilmişdir FOTO

1990-cı ilin 20 Yanvar faciəsinin 26-cı il dönümü münasibəti ilə Mingəçevir Turizm Kollecdə silsilə tədbirlər keçirilir. Nəzərdə tutulmuş tədbirlər proqmanı çərçivəsində Kollecin Heydər Əliyev adına İdeoloji kabinetində tələbələr üçün açıq dərs keçirilmişdir. Açıq dərsdə tədris işləri üzrə direktor müavini və tarix müəllimləri iştirak etmişlər. Açıq dərsi aparan tarix müəllimi Eldar Dərişov çıxış edərək 20 Yanvar faciəsinin miqyası barədə iştirakçılara geniş məlumat verdi. Bu hadisənin Azərbaycanın müstəqilliyinə aparan yolun qanlı və şərəfli bir mərhələsi olduğunu qeyd etdi. 20 yanvar faciəsinə yalnız ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə düzgün siyasi-hüquqi qiymət verildiyini qeyd etdi. Daha sonra söz alan tarix müəllimi Ceyhun Abdullayev faciəni doğuran tələblər, həmin dövrdə baş verən siyasi prosseslər və onların acı nəticələri barədə məlumat verdi. 20 Yanvar faciəsinin daim xalqımızın yaddaşında yaşadığını, öyrənildiyini və gənc nəslə şərəfli bir tarix kimi çatdırıldığını qeyd etdi.

Tədbirdə iştirak edən tələbələr də müzakirələrə qoşularaq mövzu barədə düşüncələrini bölüşmüşlər. Açıq dərs maraqlı diskussiya formatında öz işini davam etdirmişdir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !