«Gənc İstedadlar» liseyində 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib - FOTO

«Gənc İstedadlar» liseyində 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib FOTO

Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən «Gənc İstedadlar» liseyində 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib. Tədbir iştirakçıları əvvəlcə şəhidlərin əziz xatirsəini 1 dəqiqəlik sükutla yad ediblər.
20 Yanvar faciəsinin Azərbaycan xalqının qan yaddaşına yazılmış qəhrəmanlıq salnaməsi olduğunu deyən liseyin direktoru, professor Qasım Hüseynov yanvar gecəsində Azərbaycan xalqının öz azadlığı, müstəqilliyi uğrunda apardığı mübarizənin dəhşətlərindən bəhs edib.
Sonra BDU-nun dosenti Nuru Məmmmədov məruzə edib. Tarixçinin maraqlı məruzəsindən məlum olub ki, son arxiv araşdırmalara görə, yanvar olaylarında əslində 147 respublika vətəndaşı şəhid olub.
Daha sonra liseyin 7 A sinif şagirdləri Abbas Cavidan, Ləman İsmayılova və Məsmə Fərhadova 20 Yanvar hadisəsi ilə bağlı şeirlər söyləyiblər.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !