Samux Rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə 20 yanvar hadisələrinin 26-cı ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirildi - FOTO

Samux Rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə 20 yanvar hadisələrinin 26-cı ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirildi FOTO

Samux rayon Heydər Əliyev Mərkəzində, mərkəzin təşəbbüsü və Samux rayon Təhsil Şöbəsinin tərəfdaşlığı ilə 20 yanvar hadisələrinin 26-cı ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirildi.
İlk tədbir 12 yanvar tarixdə “Tariximiz qan yaddaşımız!”adlı məktəblilərin iştirakı ilə 20 yanvar hadisələrinə həsr olunmuş tamaşa və çıxışlarla təşkil edilən müsabiqə idi. Tədbirdə 1 və 2 saylı Samux şəhər və Karayeri qəsəbə 2 saylı orta məktəblərinin istedadlı şagirdlərinin hazırladıqları tamaşa və kompozisiyalar təqdim olundu. Ümumilikdə tədbirdə 50 nəfər iştirak edirdi.
15 yanvar tarxidə isə “Müstəqilliyimizin şəhidlik zirvəsi!”adlı rayonun bütün ümumtəhsil məktəblərindən 13 məktəbin istedadlı şagirdlərinin iştirakı ilə rəsm müsabiqəsi keçirildi. Müsabiqədə rəsm qabiliyyəti olan məktəblilər və gənclər Qanlı yanvar səhnələrinə aid rəsm əsərləri çəkdilər. Ümumulikdə tədbirdə 70 nəfər iştirak edirdi.
18 yanvar tarixdə isə “Azərbaycanın Qan yaddaşı” adlı konfrans təşkil edildi. Konfransda rəsmi nümayəndələr, qonaqlar , gənclər və məktəblilərin iştirakı ilə ümumilkdə 240 nəfər iştirak edirdi.
Konfrans Azərbaycan Himni ilə başladı. Daha sonra 20 yanvar şəhidlərinin ruhu bir dəqiqəlik sükutla qeyd edildi.
Tədbiri giriş sözü ilə açan Samux Rayon Heydər Əliyev Mərkəzinin direktoru Aygün Həsənzadə: “Azərbaycan xalqı 1990-cı ilin Qanlı Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. O dəhşətli gecədə Azərbaycan xalqı sınağa cəkildi. Tanklar, zirehli qoşun Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər hər yanı amansız atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəlirdilər. Yaralıları aparmağa gələn «təcili yardım» maşınlarını və tibb işçilərini də atəşə tuturdular. 137 nəfər öldürüldü, 700-dək yaralandı, 800-dən çox adam qanunsuz həbs edildi.
Bu gün Azərbaycan xalqı azadlıq uğrunda canlarını qurban edən şəhidlərimizin və cəsur Vətən övladlarının qəhrəmanlıq mübarizəsini çox böyük hörmət və ehtiramla əziz tutur, onların igidliyini yüksək qiymətləndirir. Şəhidlərimizin qanı bahasına qazanılan müstəqilliyimizi qanımızla və canımızla qorumalı, ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi, onu daimi, əbədi və dönməz etməliyik! “ deyə vurğuladı.
Samux rayon İcra Hakimiyyətinin nümayəndəsi Zakir Rzayev çıxış edərək 20 yanvar faciəsi zaman baş verən hadisələrdən təfərrüatı ilə danışdı.
“Xocalı Faciəsini Tanıtma” İctimai Birliyinin Gəncə regional nümayəndəliyinin Rəhbəri, Qarabağ qazisi, “Tərəqqi” Medallı Aqil Məmmədov çox təsirli çıxış edərək, “20 yanvar hadisələrinin indiki gənc nəslin yaddaşında əbədi qalmasını və bu istiqamətdə gənclərin hər zaman səfərbər olmasını arzu etdiyini “dönə -dönə vurğuladı.
Sonra Samux rayon Təhsil Şöbəsinin müdir müavini Faiq Həsənov çıxış edərək, 20 yanvar hadisələrinindən danışdı və yeniyetmələri, gəncləri daim Azərbaycanın başına gətirilən faciələri təbliğ etməyə və unutmamağa səslədi.
Sonra Samux Rayon Heydər Əliyev Mərkəzinin böyük elmi-işçisi, elmi şuranın rəhbəri Samirə Ələkbərova, Raziyə Qasımova və İradə Məmmədova və Gənclər üçün Təhsil Mərkəzi Qərb Regional nümayəndəliyinin idarə heyətinin üzvü, Gəncə Dövlət Universitetinin tarix və coğrafiya fakultəsinin tələbəsi Aysel Cəfərova da vətənpərvər ruhda çıxış etdilər.
Tədbirin bədii hissəində Karayeri 2 saylı orta məktəb şagirdlərinin vətənpərvər ruhda hazırladıqları “Qanlı Bənövşə” və “Əsgər Anası” adlı canlı tamaşaları və 20 yanvar hadisələrinə həsr olunmuş vido rolik təqdim olundu.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !