Azərbaycan Xalça Muzeyində 20 Yanvar faciəsi ilə əlaqədar Unudulmayan tarix adlı tədbir keçiriləcək -

Azərbaycan Xalça Muzeyində “20 Yanvar” faciəsi ilə əlaqədar “Unudulmayan tarix” adlı tədbir keçiriləcək

19 Yanvar 2016- cı il tarixində saat 15:00 – da Azərbaycan Xalça Muzeyində “20 Yanvar” faciəsi ilə əlaqədar “Unudulmayan tarix” adlı tədbir keçiriləcəkdir. 

Tədbirin keçirilməsində əsas məqsəd gələcəyimizin təmsilçiləri olan uşaqlara və gənclərə Milli azadlığımızın əsasını qoyan, öz qanları ilə müstəqilliyimizi əbədi olaraq şanlı tariximizə həkk edən şəhidləri unutmamağa və qəlblərdə yaşatmağa səsləməkdir.

Tədbirdə Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında “Yanvarın 20- ci günü ” adlı kompozisiya nümayiş olunacaq.

Daha sonra Uşaq Muzeyi şöbəsinin dərnək üzvlərinin əl işlərindən ibarət “Qanlı Yanvar” adlı rəsm sərgisinin nümayişi, Uşaq Teatrının istedadlı dərnək üzvlərinin ifasında tamaşa kompozisiya, 162 nömrəli orta məktəb şagirdinin ifasında “20 Yanvar” hadisəsinə aid bədii qiraət, həmçinin H.Sarabski adına 7 nömrəli Uşaq Musiqili məktəb şagirdlərinin də çıxışları olacaqdır.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !