İqtisadiyyat Nazirliyində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilmişdir -

İqtisadiyyat Nazirliyində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilmişdir

Yanvarın 15-də İqtisadiyyat Nazirliyində Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə 20 Yanvar faciəsi barədə məlumat verilmiş, Sovet imperiyasının 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdiyi vəhşilikləri, günahsız insanların qətlə yetirildiyi bir daha diqqətə çatdırılmışdır. Qeyd edilmişdir ki, SSRİ rəhbərliyinin göstərişi ilə törədilmiş dəhşətli cinayət Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilməmiş, əksinə xalqımızı daha da birləşdirmiş, mübarizliyini artırmışdır. Vurğulanmışdır ki, Ümummilli Liderimizin 1993-cü ildə hakimiyyətə yenidən qayıdışından sonra faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilmişdir. Qeyd olunmuşdur ki, Ulu Öndərimizin siyasi kursunu inamla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizin azadlığı, suverenliyi uğrunda həlak olanların xatirəsinə böyük ehtiram bəsləyir, şəhidlərin ailə üzvlərinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədilə mühüm qərarlar qəbul edilir, hər il dövlət səviyyəsində geniş tədbirlər planı hazırlanaraq həyata keçirilir. Xalqımızın yaddaşına əbədi həkk olunan 20 Yanvar faciəsi heç bir zaman unudulmayacaq, Vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi Azərbaycansevərlərin qəlbində daim yaşayacaqdır.
Sonra 20 Yanvar faciəsinə həsr olunmuş "Müqəddəs məkan" filmi nümayiş olunmuşdur.

Tədbirdə 20 Yanvar faciəsinə həsr olunmuş "Müqəddəs məkan" filmi nümayiş olunmuşdur. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !