Silahlı Qüvvələrdə Qanlı Yanvar faciəsinin ildönümü ilə əlaqədar anma tədbirləri keçiriləcək -

Silahlı Qüvvələrdə Qanlı Yanvar faciəsinin ildönümü ilə əlaqədar anma tədbirləri keçiriləcək

Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin Sərəncamı ilə təsdiq olunan "20 Yanvar faciəsinin iyirmi altıncı ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı"na əsasən, Müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrdə silsilə tədbirlərin icrası ilə əlaqədar planı təsdiq edib.
Əlahiddə Ümumqoşun Ordusu, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində Qanlı Yanvar hadisələri ilə bağlı "dəyirmi masa"ların, konfrans, toplantı və xüsusi məşğələlərin təşkili, zabitlər evlərində faciəyə dair tamaşaların, bədii və sənədli filmlərin nümayiş etdirilməsi nəzərdə tutulub.
Keçirilən tədbirlərdə şəhid olanların ailə üzvləri, hadisələrin iştirakçıları ilə şəxsi heyətin görüşlərinin təşkili, həmçinin Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban verənlərin xatirəsinə ucaldılmış abidələrin ziyarət olunması planlaşdırılıb.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !