Unutmadıq-unutmarıq aylıq fotomüsabiqəsi -

“Unutmadıq-unutmarıq” aylıq fotomüsabiqəsi

Azərbaycan Fotoqrafları Birliyi və Azərbaycan Milli Qeyri Hökumət Təşkilatlarının Forumu 2016-cı il yanvar ayı ücün “Unutmadıq-unutmarıq” adlı aylıq foto müsabiqə elan edir.

Yanvar ayında keciriləcək aylıq müsabiqə 20 yanvar şəhidlərinin 26-cı il dönümünə həsr edilir.Göndərilən işlər 5 və ya 10 şəkildən ibarət reportaj da ola bilər.Yalnız 20 yanvar günü deyil , şəhər və rayon sakinlərinin 20 yanvarda şəhid olan ailələrin, onların xatirəsini əks etdirən sujetli fotolar olmalıdır.
Fotolar [email protected] ünvanına göndərilməlidir. Müsabiqəyə təqdim olunacaq fotolar JPEG formatda, uzun tərəfi 1500 px yuxarı olmamalıdır. Hər iştirakçı müsabiqəyə 10-a qədər foto təqdim edə bilər. Reportaj, bədii janırda çəkilən fotolar olmalıdır. Müsabiqəyə fotolar 28 yanvar 2016-cı il tarixinə kimi təqdim olunmalıdır. Münsiflər lazım gəldikdə fotonun ilkin variantını tələb etmək hüququndadır. Təqdim olunan fotoların üzərində hec bir müəllif imzası və ya loqosu yerləşdirmək və facebook profilində paylaşmaq olmaz. Təqdim olunmuş fotolar üzərində hec bir fotoredaktə proqramlarında əlavələr olunmamaq şərti ilə(real rəng,kontrast və s. kimi alətlərdən istifadə olunması mütləqdir), bu ilin (2016) yanvar ayında çəkilmiş işlər qəbul olunur.Fotolarda əks olunmuş adamların razılığı fotoqrafın üzərinə düşür. Fotoların müəllif hüquqları qorunmaq şərti ilə fotoqrafiyanın yalnız təbliğı məqsədi ilə istifadə olunduqda müəlliflə razılaşdırılacaq. Fotolardan komersiya məqsədi ilə istifadə olunmur. Fotolar Facebookda AFB “Ayliq Musabiqe” ı qrupunda yerləşdiriləcək. Müsabiqənin yekunu “Açıq qapı günü” toplantısında elan olunacaq.

Mövzunun müəllifi: Fərqanə Qasımlı.
Koordinator: Elxan Qəniyevdir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !