Finalda qalib komandalar mükafatlandırılacaqlar
Bu xəbəri paylaş
“Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyilə “Qalib SƏNSƏN!” layihəsinin icrasını uğurla davam etdirir.
Layihənin məqsədi gənclərin bilik və dünyagörüşünün artırılmasından, gənclərin komanda halında işləməyinə, gənclərin asudə vaxtının səmərəli təşkilinə və universitetə qəbul imtahanına hazırlaşan şagirdlərin motivasiya olunmasına dəstək göstərilməsindən ibarətdir.
Layihə çərçivəsində Ağcabədi şəhərində 6 və 12 saylı məktəblərin komandaları arasında bilik yarışı keçirilib. Yarışdan əvvəl çıxış edənlər qeyd ediblər ki, belə yarışların keçirilməsi məktəblilərin intellektual səviyyəsinin yüksəlməsinə, onlarda qısa vaxt kəsiyində dəqiq qərarlar vermələrinə yardımçı olacaq.
Sonra “Günəş” və “Şimşək”, “Zəfər” və “Konus” komandaları yarışıblar. Maraqlı və gərgin keçən intellektual bilik yarışı böyük marağa səbəb olub.
Qeyd edək ki, 7 noyabrda Ağcabədidə keçirilən bilik yarışlarının
yekun final yarışı keçiriləcək və qalib komandalar mükafatlandırılacaqlar.