Bakı Dövlət Sirkində yeni mövsümün açılışı baş tutdu -

Bakı Dövlət Sirkində yeni mövsümün açılışı baş tutdu

Oktyabrın 31-də Bakı Dövlət Sirkində yeni mövsümün açılışı baş tutdu. Rusiya Federasiyasından dəvət olunmuş sirk ustalarının proqramı “Lasta-rika” adlanır. Onlar Bakıda ilk dəfə çıxış edirlər.
Tamaşaçıları həmişə yeniliklərlə, qeyri-adi nömrələrlə sevindirən Bakı Dövlət Sirki bu dəfə də ənənəsinə sadiq qalıb. Sirk-şouda ilk dəfə olaraq pinqvinlərin attraksionu və qutanlarla nömrə nümayiş etdirildi. Proqrama həmçinin atlar,itlər, meymun və tutuquşular, hava gimnastlar, şən klounlar və digər nömrələr daxildir.
“Lasta-rika” sirk-şousu noyabrın sonlarınadək nümayiş etdiriləcək.

 

Günel Həsənova
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !