Xalça Dünyası növbəti tədbirini keçirib -

“Xalça Dünyası” növbəti tədbirini keçirib


Xalça Dünyası Assosiasiyası İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Xalçaçı qadınların sağlamlığının qorunması” layihəsinin icrasını uğurla davam etdirir.

Birlik layihə çərçivəsində Quda rayonda yerləşən “Aygün” firmasının xalça sexində növbəti tədbirini keçirilib.

Birliyin sədri Fatimət Ağamirzəyeva tədbirdə iştirak edən xalçaçılıq peşəsinin sahibi olan və peşəyə yiyələnmək istəyən gənc xanımlara layihənin donoru və məqsədi haqqında məlumat verib.

Sonra tibb bacısı Sara Fərzəliyeva xalçaçı qadınlara sağlamlıqlarının qorunması, peşə yönümlü kiçik qəzaların: əllərinin və barmaqlarının qanamasının, ayaq ağrılarının, göz yorğunluğunun aradan qaldırılması istiqamətində, astma bronxit və digər nəfəs xəstəlikləri, ümumi gigiyena barədə maarifləndirici məlumatlar verib.

Xanımlara peşə xəstəliklərinə aid müzakirə aparılıb və bu kimi xəstəliklərdən qorunma metodları izah olunub. Bundan başqa işlədikləri otağın təmiz saxlanılması, havasının gündəlik dəyişdirilməsi, otağın işıqlı olması və xalça toxunduqda texnikaya riayət edilməsi tövsiyə olunub.

QHT sədri və tibb bacısı tərəfindən əllərin, qolların və göz yorğunluğunun aradan qaldırılması üçün məşq hərəkətləri nümayiş olunub və tədbir iştirakçıları ilə birlikdə idman hərəkətləri edilib.

Qeyd edək ki, xalçaçı qadınların sağlamlığının qorunması məqsədilə keçirilən tədbirdə tibb işçisinin məsləhəti ilə alınan tibb ləvazimatlarından hazırlanmış tibb paketləri təbdir iştirakçılarına paylanılıb. Bundan başqa, xalçaçı qadınlara təyinatı üzrə hazırlanmış təlimati materiallar və metodiki göstərişlər də paylanılıb.

Tədbirdə xalçaçı qadınları maraqlandıran suallar cavablandırılıb.

Xatirə
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !