Ağcabədidə intellektual bilik yarışları keçirilir -

Ağcabədidə intellektual bilik yarışları keçirilir

“Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyilə “Qalib SƏNSƏN!” layihəsinin icrasını uğurla davam etdirir.

Layihənin məqsədi gənclərin bilik və dünyagörüşünün artırılmasından, gənclərin komanda halında işləməyinə, gənclərin asudə vaxtının səmərəli təşkilinə və universitetə qəbul imtahanına hazırlaşan şagirdlərin motivasiya olunmasına dəstək göstərilməsindən ibarətdir.

Layihə çərçivəsində Ağcabədi şəhərində sayca 3-cü tədbir keçirilib. 1 saylı tam orta məktəbdə baş tutan tədbirdə 1 saylı və 3 saylı məktəblərin komandaları arasında bilik yarışı keçirilib. Yarışdan əvvəl çıxış edənlər qeyd ediblər ki, belə yarışların keçirilməsi məktəblilərin intellektual səviyyəsinin yüksəlməsinə, onlarda qısa vaxt kəsiyində dəqiq qərarlar vermələrinə yardımçı olacaq.

Maraqlı və gərgin keçən intellektual bilik yarışında 1 saylı tam orta məktəbin “Şahin” komandası finala vəsiqə qazanıb.

Qeyd edək ki, sonda yekun final yarışı keçiriləcək və qalib komandalar mükafatlandırılacaqlar.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !