Azərbaycanda səfərdə olan əcnəbi jurnalistlər Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər - FOTO

Azərbaycanda səfərdə olan əcnəbi jurnalistlər Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər FOTO

Azərbaycanda səfərdə olan əcnəbi jurnalistlər Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, Kompleksin Heydər Əliyev Fondunun dəstəyi ilə yaradıldığı qonaqların diqqətinə çatdırılıb.

Bildirilib ki, Quba Soyqırımı Memorial Kompleksi 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycanda dinc əhaliyə qarşı həyata keçirdikləri kütləvi qırğınlar və qətliamlar nəticəsində həlak olan azərbaycanlıların xatirəsinə ucaldılıb. Soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

Sonra əcnəbi jurnalistlər Qubada dağ yəhudilərinin yığcam yaşadığı Qırmızı qəsəbədə icmanın sədri ilə görüşüb, sinaqoqda olublar. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !