"Gənc İstedadlar" liseyi şagirdləri ekskursiya ediblər -

"Gənc İstedadlar" liseyi şagirdləri ekskursiya ediblər

 Bakı Dövlət Universitetinin "Gənc İstedadlar" liseyinin şagirdləri mütəmadi olaraq Azərbaycanın tarixi ilə əyani tanışlıq məqsədilə ekskursiyalar edirlər.
Növbəti ekskursiya liseyin 6b sinif şagirdlərinin sinif rəhbəri Könül Şahbazovanın təşkilatçılığı ilə Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna olub. Qayaüstü rəsmlərlə, o cümlədən onların kompozisiyaları ilə yaxından tanış olan şagirdlərə Qobustan qayalıqlarının tarixi əhəmiyyəti, müasir dövrü haqqında ətraflı məlumat verilib. Kitablardan oxuduqlarının əyani şahidi olan məktəblilər tarixin bu səhifəsi barədə bir çox suallara cavablar tapıblar.

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !