Şura Xalçaçı qadınların sağlamlığının qorunması nı dəstəkləyir -

Şura “Xalçaçı qadınların sağlamlığının qorunması”nı dəstəkləyir

Xalça Dünyası Assosiasiyası İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Xalçaçı qadınların sağlamlığının qorunması” layihəsini icra edir.

Layihənin məqsədi milli-mədəni irsimiz olan xalçaçı peşəsinin sahiblərini ictimai, tibbi, şəxsi və gigiyenik, tənəffüs təmizliyi ilə bağlı maarifləndirilməsindən, xalçaçı qadınlara bəzi peşə xəstəlikləri və profilaktik tədbirlər haqqında bilik verilməsindən, maarifləndirilməsindən və düzgün istiqamətləndirməsindən ibarətdir.

Layihə çərçivəsində Xaçmaz şəhərində fəaliyyət göstərən özəl xalça müəssisəsində tədbir keçirilib. Tədbirdə tibb bacısı Səmayə Mirzəyeva, xalçaçılıq peşəsinin sahibi olan və tədbir keçirilən bölgədə yaşayan qadınlar iştirak ediblər.

Tədbirdə çıxış edən Birliyin sədri Fatimət Ağamirzəyeva iştirakçılara layihənin donoru və məqsədi haqqında məlumat verib.

F. Ağamirzəyeva xalçaçı qadınlara sağlamlıqlarının qorunması, peşə yönümlü kiçik qəzaların: əllərinin və barmaqlarının qanamasının, ayaq ağrılarının, göz yorğunluğunun aradan qaldırılması istiqamətində maarifləndirici məlumatlar verib.

Sonra QHT sədri və tibb bacısı əllərin, qolların və göz yorğunluğunun aradan qaldırılması üçün məşq hərəkətləri nümayiş olunub və tədbir iştirakçıları ilə birlikdə idman hərəkətləri edilib.

Xalçaçı qadınların sağlamlığının qorunması məqsədilə keçirilən tədbirdə tibb işçisinin məsləhəti ilə alınan tibb ləvazimatlarından hazırlanmış tibb paketləri təbdir iştirakçılarına paylanılıb. Bundan başqa, xalçaçı qadınlara təyinatı üzrə hazırlanmış təlimati materiallar və metodiki göstərişlər də paylanılıb.

Tədbirdə xalçaçı qadınları maraqlandıran suallar cavablandırılıb.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !