Ləman Ələşrəfqızı tələbə-jurnalistlərə mühazirə oxudu -

Ləman Ələşrəfqızı tələbə-jurnalistlərə mühazirə oxudu

ANS TV-nin Xəbərlər Xidmətinin əməkdaşı, «Əməkdar jurnalist» Ləman Ələşrəfqızı Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin qonağı olub.
Fakültənin 4-cü kurs tələbələrinə Beynəlxalq jurnalistika kafedrası tərəfindən tədris edilən «Sosial media» dərsində qonaq olan Ləman Ələşrəfqızı öncə BDU-nun jurnalistika fakültəsinə gəlişindən danışıb. Orta məktəb illərində jurnalistikaya əlçatmaz peşə kimi baxdığını deyən Ləman xanım bu səbəbdən filologiya fakültəsinə sənəd vermək istəyib. Lakin müəllimi onu fikrində daşındırıb və uşaqılıq arzusunu gerçəkləşdirib. Dərsi dialoq şəklində quran tanınmış jurnalist, tələbəlik illərindən, əməkdaşlıq etdiyi mətbuat orqanlarındakı iş təcrübəsindən, parlamenti müxbiri kimi fəaliyyətindən, peşəkarlığa aparan yollardan, ənənəvi və müasir jurnalistikadan danışıb, tələbələri maraqlandıran suallara cavab verib.
Dərsin ikinci hisssində Səməd bəy Mehmandarovun 1918-ci il müstəqil Azərbaycanın ordu quruculuğundakı rolundan danışan telejurnalist gələcəyin jurnalistlərini həm də tariximizi öyrənməyə və onu indiki nəslə düzgün çatdırmağa çağırıb.
Dərs Ləman Ələşrəfqızının general Səməd bəy Mehmandarov haqqında çəkdiyi sənədli filmin nümayişi ilə başa çatıb.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !