Quba və Qusarda yaşayan 100-ə yaxın şəxsə səyyar protez-ortopedik bərpa xidməti göstərilib -

Quba və Qusarda yaşayan 100-ə yaxın şəxsə səyyar protez-ortopedik bərpa xidməti göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) şimal bölgəsində əlillər və sağlamlıq imkanları məhdud vətəndaşlar üçün səyyar protez-ortopedik bərpa xidməti təşkil edib.

AZƏRTAC xəbər verir ki, ƏƏSMN-in Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin əməkdaşlarından ibarət səyyar tibbi-texniki briqada oktyabrın 13-də Quba Rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzində Quba və Qusar rayonlarından şəxslərə xidmət göstərib.

Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin direktor müavini Ədalət Quliyev AZƏRTAC-a bildirib ki, gün ərzində bu rayonlardan olan 97 nəfər əlil və sağlamlıq imkanları məhdud vətəndaş səyyar protez-ortopedik bərpa xidmətindən yararlanıb. Əlillər yuxarı və aşağı ətraf protezləri, ortopedik ayaqqabı, müxtəlif reabilitasiya vasitələri ilə təmin ediliblər.

Humanitar aksiya çərçivəsində tibbi-texniki briqada oktyabrın 14-ü Xaçmaz, 15-də isə Siyəzən, Şabran və Xızıda yaşayan sağlamlıq imkanları məhdud şəxslərə protez-ortopedik bərpa xidməti göstərəcək. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !