Quba və Qusarın ucqar yaşayış məntəqələrinə qar yağıb - FOTO

Quba və Qusarın ucqar yaşayış məntəqələrinə qar yağıb FOTO

Quba və Qusarın bəzi ucqar yaşayış məntəqələrinə sulu qar və qar yağıb.

Oktyabrın 8-dən başlayaraq Azərbaycanın şimal regionunda hava şəraiti kəskin dəyişib, temperatur 6-8 dərəcə aşağı düşüb.

Quba Regional Hidrometeorologiya Müəssisəsindən AZƏRTAC-a bildiriblər ki, ötən gün axşam saatlarında bölgənin bəzi ucqar yaşayış məntəqələrinə sulu qar və qar yağıb. Sulu qar Qubanın Qırız və Susay kəndlərində, qar isə Qusarın Ləzə kəndində (1 santimetr) qeydə alınıb.

Müəssisədən bildirilib ki, qeyri-sabit hava şəraiti oktyabr ayının 11-nə kimi davam edəcək. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !