Azər Həsrət: - Mən seçimimi etdim

Azər Həsrət: Mən seçimimi etdim

Söz verdiyim kimi, artıq Milli Məclisə seçkilərin təşviqat mərhələsi başlayan kimi mən də öz seçimimi açıqlayıram.

MSK-nın saytında bütün dairələr üzrə namizədləri gözdən keçirdim. Açığı, heç də könül açan mənzərə deyil. Çünki bir çox dairələr üzrə namizədlərin əksəriyyətinin adını ilk dəfə gördüm. Bununla belə başqa bir faydalı məqamı da kəşf etdim: palitra zəngindir. Ümumi təhlil bunu göstərir ki, ölkənin ən müxtəlif siyasi qurumları və bir çox ictimai birlikləri öz namizədlərilə seçkilərə qatılıb. Bu isə yaxşı haldır. Rəqabət mühiti var və arzu edək ki, ən güclü qalib gəlsin.

Daha bir diqqət çəkmək istədiyim məqamsa budur ki, bəzi dairələr üzrə konkret namizədin üzərində dayanmaqda çətinlik çəkdim. Çünki eyni dairədən bəzən 2, bəzən də hətta 3 layiqli və ya mənim dəstəyimə haqqı çatan namizədə rast gəldim. Belə dairələr üzrə seçim etmədim ki, dostlarımdan heç biri inciməsin.

Aşağıda təqdim etdiyim 52 dairə üzrə namizədlərin hər biri uyğun olduğu təqdirdə mənim adımdan istifadə edə, təbliğat zamanı mənim də onları dəstəklədiyimi bəyan edə bilərlər. Arzu edənlər çap materiallarında, internet saytlarında şəklimdən də istifadə edərək bunu daha bariz şəkildə diqqətə çatdırmaq haqqına sahibdirlər. Demək istədiyim budur ki, fiziki cəhətdən bütün bu namizədlərin yanında ola bilməsəm də onların hər birinin seçilməsi üçün əlimdən gələni edəcəyim şübhəsizdir.

Beləliklə, bu il Milli Məclisə seçilməsini arzu etdiyim namizədlərin siyahısı:

 

2 saylı Şərur seçki dairəsi – Həbibbəyli İsa Əkbər oğlu
7 saylı Ordubad-Culfa seçki dairəsi – Həsənquliyev Qüdrət Müzəffər oğlu
8 saylı Binəqədi I seçki dairəsi – Quliyev Azay Əjdər oğlu
11 saylı Qaradağ seçki dairəsi – Əsədli Samir Şakir oğlu
12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi – Zabelin Mixail Yuri oğlu
14 saylı Xəzər seçki dairəsi – Əliyeva Mehriban Arif qızı
17 saylı Yasamal III seçki dairəsi – Rzayeva İlhamiyyə Faiq qızı
18 saylı Nərimanov-Nizami seçki dairəsi – Musabəyov Rasim Nəsrəddin oğlu
19 saylı Nərimanov I seçki dairəsi – Məmmədov Hikmət Baba oğlu
22 saylı Nəsimi II seçki dairəsi – Mollazadə Asim Nazim oğlu
23 saylı Nəsimi-Səbail seçki dairəsi – Səmədzadə Ziyad Əlabbas oğlu
26 saylı Sabunçu I seçki dairəsi – Mustafa Fazil Qəzənfər oğlu
27 saylı Sabunçu II seçki dairəsi – Piriyeva Nəzmiyyə Salman qızı
31 saylı Suraxanı II seçki dairəsi – Quliyev Fərəc İbrahim oğlu
33 saylı Xətai I seçki dairəsi – İzzətli Ruslan Teymur oğlu
34 saylı Xətai II seçki dairəsi – Ağaevli Əli Hacı
36 saylı Xətai IV seçki dairəsi – Seyidov Səməd İsmayıl oğlu
41 saylı Sumqayıt I seçki dairəsi – Abbaslı Həcər Şamil qızı
42 saylı Sumqayıt II seçki dairəsi – Mirkişili Tahir Famil oğlu
44 saylı Sumqayıt-Xızı seçki dairəsi – Orduxanov Niyaməddin Orduxan oğlu
45 saylı Abşeron seçki dairəsi – Əsədov Oqtay Sabir oğlu
47 saylı Mingəçevir seçki dairəsi – Mirzəzadə Aydın Böyükkişi oğlu
48 saylı Yevlax seçki dairəsi – Mahmudova Zülfiyyə Əli qızı
49 saylı Yevlax-Mingəçevir seçki dairəsi – Hüseynli Əli Məhəmməd oğlu
52 saylı Quba seçki dairəsi – Əhmədov Vahid Qazməmməd oğlu
53 saylı Quba-Qusar seçki dairəsi – Abramov Yevda Sasun oğlu
58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsi – Hüseynov Rafael Baba oğlu
59 saylı Salyan seçki dairəsi – Muradlı Rüfət Habil oğlu
62 saylı Saatlı seçki dairəsi – Amaşov Əflatun Əhməd oğlu
63 saylı Sabirabad I seçki dairəsi – Hüseyn Pənah Çodar oğlu
66 saylı Biləsuvar seçki dairəsi – Kazımlı Xanhüseyn Hüseynağa oğlu
69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi – İbrahimli Fəzail Feyruz oğlu
72 saylı Yardımlı-Masallı seçki dairəsi – Qasımlı Musa Cəfər oğlu
76 saylı Lənkəran-Astara seçki dairəsi – Əsgərov Ziyafət Abbas oğlu
80 saylı İmişli-Beyləqan seçki dairəsi – Qənizadə Çingiz Aşralı oğlu
83 saylı Ağcabədi-Füzuli seçki dairəsi – Abbasov Aqil Məhəmməd oğlu
84 saylı Füzuli seçki dairəsi – Muradova Bahar Əvəz qızı
85 saylı Şamaxı seçki dairəsi – Süleymanov Elxan Sirac oğlu
89 saylı Göyçay-Ağdaş seçki dairəsi – Nəsirov Elman Xudam oğlu
94 saylı Bərdə kənd seçki dairəsi – Oruc Zahid Məhərrəm oğlu
95 saylı Tərtər seçki dairəsi – Məcidzadə Şəhriyar Sərdar oğlu
102 saylı Samux-Şəmkir seçki dairəsi – Ələsgərov Valeh Feyruz oğlu
105 saylı Tovuz seçki dairəsi – Paşayeva Qənirə Ələsgər qızı
106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi – İsmayılov İlyas Abbas oğlu
108 saylı Ağstafa seçki dairəsi – Cəfərov Nizami Qulu oğlu
110 saylı Zaqatala seçki dairəsi – Musayev Elşən Məmmədhənifə oğlu
113 saylı Şəki şəhər seçki dairəsi – Mahmudov Yaqub Mikayıl oğlu
114 saylı Şəki kənd I seçki dairəsi – Məsimli Əli Əhməd oğlu
115 saylı Şəki kənd II seçki dairəsi – Feyziyev Cavanşir Əyyub oğlu
116 saylı Qəbələ seçki dairəsi – Heydərov Fəttah Səməd oğlu
119 saylı Ağdam kənd seçki dairəsi – Sadıqov Bəxtiyar Yusif oğlu
123 saylı Kəlbəcər seçki dairəsi – Həmidov İsgəndər Məcid oğlu

 

Göründüyü kimi, mənim siyahım istər siyasi baxımdan, istərsə də etnik cəhətdən yetərincə zəngindir. Azərbaycana xeyirli-uğurlu olsun deyək. Noyabrın 1-dən sonra siyahımın nə qədərinin gerçəkləşməsi haqda da açıqlamam olacaq. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !