Sumqayıt cüdoçulari yeni uğurlara imza atdilar FOTO (AZpress.AZ - Sumqayıt, Xaqani Əzizov)
Bu xəbəri paylaş
21-25 sentyabr 2015-ci il tarixlərində Hollandiyanın Amsterdam şəhərində keçirilmiş cüdo üzrə veteranlar arasında dünya çempionatında Milli yığma komandanın tərkibində cıxış edən Sumqayıtın veteran cüdoçusu Fərhad Rəcəbli (90kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır.
03-07 oktyabr tarixlərində isə Cənubi Koreyanın Mungyeong şəhərində Hərbiçilərin VI Ümumdünya Oyunları keçirilmişdir. Bu mötəbər yarışda iştirak edən şəhər idmançısı Vüqar Şirinli 60 kq. çəki dərəcəsində yalnız finalda məğlub olaraq gümüş mükafata layiq görülmüşdür.
Milli yığma komandamız bu idman növü üzrə komanda yarışında da uğurla iştirak edərək üçüncü yeri tutmuşlar.
Bu xəbəri paylaş
Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən www.AZpress.AZ saytına istinad zəruridir !