Gəncədə "Mənim Xocalım bölgələrdə" layihəsi üzrə fotosərgi həyata keçirilib -

Gəncədə "Mənim Xocalım bölgələrdə" layihəsi üzrə fotosərgi həyata keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Mənim Xocalım” bölgələrdə” layihəsi ilk olaraq Gəncə şəhərində baş tutub. Gəncə şəhəri Məhsəti Gəncəvi mərkəzində keçirilən tədbirdə Gəncə şəhər Gənclər və İdman idarəsinin rəisi Müşfiq Cəfərov başda olmaqla şəhər gəncləri iştirak edib. Layihənin önəmindən danışan Müşfiq Cəfərov bu cür təşəbbüsü yüksək qiymətləndirib. Daha sonra layihə rəhbəri Həsən Sultanov layihənin geniş özətini verərək gənclərin suallarını cavablandırıb.
Xatırladaq ki, peşəkar və həvəskar fotoqrafların işlərindən ibarət olacaq və Xocalı həqiqətlərini əhatə edəcək fotoşəkillərdən ibarət sərgi Respublikanın 4 şəhərində keçirilməsi nəzərdə tutulub. Sərgi Gəncə, Quba, Lənkəran və Sumqayıt şəhərlərində təşkil olunacaq. Sərgini digərlərindən fərqləndirən cəhət fotoların hər biri müasir dövrümüzdə və Xocalı Soyqırımını əks etdirən (Xocalı fotoqrafın gözü ilə) mövzuda çəkilməsidir.
Layihənin əsas məqsədi isə bölgə gənclərini Xocalı Soyqırımı haqqında maarifləndirmək, Xocalı həqiqətlərini çatdırmaq və gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsidir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !