Ağcabədi rayonunda Müəllimlər Günü qeyd olundu - FOTO (AZpress.AZ -Ağcabədi, Mais İbrahimov)

Ağcabədi rayonunda “ Müəllimlər Günü” qeyd olundu FOTO (AZpress.AZ -Ağcabədi, Mais İbrahimov)

03 oktyabr 2015-ci il tarixdə saat 11:00 –da Ağcabədi rayonu “ Kral “ Şadlıq Sarayında 05 oktyabr- Beynəlxalq Müəllimlər Günü münasibəti ilə tədbir olmuşdur.
Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov iştirak etmişdir.
Ilk öncə tədbir iştirakçıları Rayon İcra Hakimiyyəti binasının qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin möhtəşəm heykəlinin önünə tər çiçəklər düzərək, Onun əziz xatirəsini yad etmişlər.
Tədbir “ Kral “ şadlıq sarayında davam etdirilmişdir.
Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov tədbir iştirakçılarını salamladı və bütün müəllimləri bayram günü münasibəti ilə təbrik etdi, onlara gələcək işlərində uğurlar, nailiyyətlər arzuladı. Rayon rəhbəri qeyd etdi ki,bu gün bütün dünyada olduğu kimi, ölkəmizdə də çoxminli müəllim ordusu üçün əziz gündür - pedaqoq adına tapınanlar özlərinin peşə bayramını qeyd edirlər.Bəşəriyyətin minillər boyu keçdiyi inkişaf yolu sübut edir ki, hər bir tarixi mərhələdə cəmiyyətin tərəqqisi bilavasitə təhsilin inkişafından, onun əhəmiyyətinin düzgün qiymətləndirilməsindən asılı olub. 5 oktyabrın Beynəlxalq Müəllimlər Günü kimi qeyd edilməsinə dair qərar ilk dəfə 1966-cı il oktyabrın 5-də YUNESKO tərəfindən verilib. Azərbaycanda Müəllimlər Günü isə 2000-ci ildən etibarən qeyd edilir. Hazırda dünyanın 100-dən çox ölkəsində bu tarix müəllimlər günü kimi qeyd olunur.Hər bir insanın dünyanı dərk etməsində, yeni biliklər qazanmasında müəllim ən yaxşı köməkçi olmuşdur. Ulu Öndər Heydər Əliyev müəllim əməyini yüksək qiymətləndirərək hər zaman söyləyirdi: "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”.
Bu gün dövlət rəhbərimiz İlham Əliyev müəllim əməyini yüksək qiymətləndirərək, onlara daim diqqət və qayğı göstərir.
Yekunda Rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov bir daha müəllimləri təbrik etdi, təhsil inqilabında daim onlara mübariz və daha çox Azərbaycanın gələcəyi üçün əsl vətənpərvərlər yetişdirməyi arzuladı.
Tədbirdə iştirak edən Rayon Təhsil şöbəsini müdiri Mehdi Əhmədov və digər çıxış edənlər müəllimləri bu əziz gün münasibəti ilə təbrik etdilər və onlara xoş diləklərini çatdırdılar.
Tədbirdə fəaliyyəti dövründə fərqlənən bir qrup müəllimə Rayon İcra Hakimiyyəti Başçısının fəxri fərmanı verilmişdir.
Tədbir rayon Mədəniyyət və Turizm şöbəsinin hazırladığı konsert proqramı ilə davam etmişdir.

 

Fotomüxbir: Mais Amin   AZpress.AZ   Ağcabədi rayonu

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !