Azərbaycanlı tələbələr "Qızıl çölün səsləri" adlı V beynəlxalq etnomusiqi festival-müsabiqəsində uğur qazanmışlar - FOTO

Azərbaycanlı tələbələr "Qızıl çölün səsləri" adlı V beynəlxalq etnomusiqi festival-müsabiqəsində uğur qazanmışlar FOTO

17-20 sentyabr 2015-ci il tarixlərində Rusiya Federasiyasının Həştərxan şəhərində Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin təşkilatı dəstəyi ilə "Qızıl çölün səsləri" adlı V beynəlxalq etnomusiqi festival-müsabiqəsi keçirilmişdir.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maddi və təşkilati koməkliyi ilə sözügedən festivalda ölkəmizi Azərbaycan Milli Konservatoriyasının tələbələri-Cahandar Xanlarov və Ağayar Xanlarov (instrumental ifa) və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Azər Səlimli (xanəndəlik) təmsil etmişdir.
200-dən artıq iştirakçısı olan festival-müsabiqədə beynəlxalq münsiflər heyətinin qərarı ilə Ağayar Xanlarov və Cahandar Xanlarov "ənənəvi xalq çalğı alətləri" nominasiyası üzrə müvafiq olaraq I və II dərəcəli diploma və laureat adına, Azər Səlimov isə solo oxuma (xalq mahnıları) nominasiyası üzrə III dərəcəli diploma və laureat adına layiq görülmüşlər.
Eyni zamanda Azərbaycan nümayəndə heyətinin üzvlərinin iştirakı ilə «Aстрахань-24» yerli televiziya kanalı üçün veriliş hazırlanmış, ölkəmizin təmsilçiləri Qala konsertdə iştirak etmiş, habelə ustad dərsləri vermişlər. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !