ARTPİ-də müəllim hazırlığı kurikulumu ilə bağlı seminar keçirildi -

ARTPİ-də müəllim hazırlığı kurikulumu ilə bağlı seminar keçirildi

Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunda “Müəllim hazırlığı kurikulumu: problemlər və perspektivlər” mövzusunda növbəti pedaqoji innovasiyalar seminarı keçirilmişdi. Seminarı çıxış sözü ilə açan ARTPİ-nin direktoru hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov təhsilin hər bir dövlətin siyasi-iqtisadistrateji əhəmiyyətli fəaliyyət sahəsi olduğunu vurğuladı. Bildirdi ki, məhz təhsilhər bir dövlətin sosial və mədəni inkişafını müəyyən edir, yeni qurulmuş cəmiyyətin mənəvi dəyərlərini formalaşdırır. Ona görə də, hər güclü dövlətdə olduğu kimi Azərbaycanda da təhsilin inkişafına xüsusi diqqət yetirilir. O, Azərbaycan Respublikasının bütün sahələr üzrə inkişaf istiqamətləri haqqında söz açarkən, bu istiqamətlərin nə qədər şəffaf və anlaşılan olduğunu dedi.Direktoryeni demokratik modellərin axtarışı, təhsil sisteminin yeniləşməsində dünya təcrübəsinə inteqrasiyasıprosesində institutun son illər ərzində gördüyü işlərdən də məlumat verdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə təhsil sahəsində göstəridiyi xüsusi diqqət və qayğısından söhbət açdı: “...Təhsil hər bir cəmiyyəti irəliyə aparan amildir. İntellektual potensial bu gün və xüsusilə gələcəkdə hər bir ölkənin inkişafını müəyyən edəcəkdir”. Qulu Novruzov onu da vurğuladı ki, müasir təhsil gündən-günə inkişafa doğru istiqamət aldıqca yeniləşmə tələb edən bu sahədə problemlərin olması labüddür. Çünki qloballaşan dünyada elmi-texniki tərəqqi inkişaf etdikcə, müasir təhsil sisteminin də bu sahə ilə ayaqlaşmasına ehtiyac duyulur. Bu səbəbdən, institut əməkdaşları təhsil sahəsindəki problemlərin aradan qaldırılması üçün birgə işləməli, qarşıya qoyulan problemləri həll etməyə səy göstərməlidr.
ARTPİ-nin müəllim hazırlığı kurikulumu şöbəsinin müdiri pedaqogika üzrə elmlər doktoru, professor Müdafiə Mahmudov “Müəllim hazırlığı kurikulumu: problemlər və perspektivlər” mövzusunda seminara başladı. Təqdimatla çıxış edən professor Müdafiə Mahmudov ölkəmizdə aparılan təhsil islahatlarından ən önəmli istiqamətlərindən biri olan müəllim hazırlığının kurikulumunun (proqramının) keyfiyyəti,pedaqoji kadrların hazırlığına verilən vacib tələblər barədə geniş məlumat verdi. O bildirdi ki, təhsil sistemində aparılan islahatların səmərəliliyi pedaqoji kadrların hazırlığı ilə əlaqədardır. İndiki dövrdə müəllim pedaqoji ustalığa, ən son yeni texnologiyalara, İKT biliklərinə və yenilikçiliyə malik olmalıdır. Professor dünyanın lider ölkələrinin müəllim hazırlığı proqramını öyrənmiş və ölkəmizin təhsil sistemi ilə müqayisə etmişdir. Müqayisə zamanı aşkar olunan nöqsanlar, problemlər, perspektivlər, reallıqlar və s. barədə geniş məlumat verdi. İlkin müəllim hazırlığı və əlavə təhsilin problemləri barədə də geniş danışdı.
Seminar boyu professor Müdafiə Mahmudov xüsusi hazırlanmış slaydlar vasitəsilə iştirakçılara müəllimin əsas vəzifələri və funksiyaları, tədris prosesi zamanı nələr etməli olduqlarını izah etdi. Seminarın sonunda professor mövzu ilə bağlı iştirakçılar tərəfindən verilən sualları cavablandırdı.
Tədbirdə institutun rəhbərliyi, Abşeron, Sumqayıt, Qobustan, Şamaxı, Şuşa təhsil şöbələrinin əməkdaşları, məktəb, bağça, tədris mərkəzlərinin rəhbərləri, ali təhsil müəssisələrinin elm adamları, Azərbaycanın şəhər və bölgələrindən gələn təhsil işçiləri, doktorant və dissertantlar, institutunun əməkdaşları iştirak edirdilər.

 

ARTPİ beynəlxalq əməkdaşlıq və informasiya şöbəsi
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !