ADU-da Ülvi Bünyadzadə anıldı -

ADU-da Ülvi Bünyadzadə anıldı

Sentyabrın 23-də Azərbaycan Dillər Universitetində (ADU) 20 Yanvar şəhidi, ADU-nun tələbəsi olmuş Ülvi Bünyadzadənin anadan olmasının 46-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirildi. Mərasim şəhidin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə universitetin foyesində yaradılan açıq muzeyin qarsısında Ülvi Bünyadzadənin sükutla yad edilməsi ilə başladı.
Anım mərasimində çıxış edən ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Ülvi Bünyadzadənin doğum gününün hər il universitetdə qeyd olunduğunu, illər keçsə də onun xatirəsinin yad olunacağını, yaradıcılığı, vətənpərvərliyi iləzirvəyə yüksələn şəhidin həmişə yaddaşlarda iz qoyacağını sözlərinə əlavə etdi. Şəhidlik adına yüksəlməyin hər kəsə nəsib olmadığını deyən rektor Səməd Seyidov Ülvi Bünyadzadənin ömrünün enerjisini, fəlsəfəsini cəmləşdirərək könüllü, şüurlu şəkildə bu zirvəyə yüksəlməsindən, həmçinin onun millətə, dövlətə, torpağa olan böyük sevgisindən danışdı.Ümummilli lider Heydər Əliyevin “Müstəqilliyi əldə etmək çətindir, amma onu qoruyub saxlamaq ondan qat-qat çətindir” sözlərini xatırlayan professor Səməd Seyidov Ülvinin də boyüklüyünün bundan ibarət olduğunu, müstəqillik əldə etmək üçün canından keçdiyini, müstəqilliyin qorunub saxlanması üçün fəlsəfə yazdığını diqqətə çatdırdı.
Linqvokulturologiya kafedrasının müdiri, Qadınlar Şurasının sədri, professor Məsməxanım Qazıyeva,İngilis dilinin üslubiyyatı kafedrasının dosenti Vahid Ərəbov, Sosial elmlər kafedrasının professoru Məhəmməd Teymurlu da çıxışlarında Ülvi Bünyadzadə ilə bağlı xatirələrindən, onun şücaət və vətənpərvərliyindən danışdılar.
Sonra çıxış edən şəhidin bacısı Könül Bünyadzadə qardaşından danışarkən onu özünə ideal seçdiyini söylədi. O,ailəsi və öz adından şəhidin xatirəsinin hər il universitetdə yad edildiyinə görə rektor, professor Səməd Seyidov başda olmaqla, bütün əməkdaşlara təşəkürünü bildirdi.
Tədbir ADU-nun Filologiya və jurnalistika fakültəsinin 329a qrup tələbəsiXəyalə MehdiyevanınÜlvi Bünyadzadəyə həsr olunmuş şeirin söyləməsi ilə sona çatdı.
Qeyd edək ki, Ülvi Yusif oğlu Bünyadzadə23 sentyabr 1969-cu ildə Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmənli kəndində ziyalı ailəsində dünyaya göz açıb. Ülvi Bünyadzadə ibtidai təhsilini Kəsəmən kəndində, orta təhsilini (1986) isə Daşkəsən şəhərində alıb. 1987-ci ildə SSRİ-nin 50 illiyi adına APXDİ-nin ingilis dili fakültəsinə daxil olub. Ülvi ərəb, fars, latın, özbək dillərində (sərbəst öyrənməklə) yazıb-oxumağı, ingilis, rus dillərini isə mükəmməl bilirdi.

 

Əlaqə:
012 440 29 31
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !