Qubanın Qımılqışlaq kəndində yerli gənclər üçün təlim keçirilib - FOTO

Qubanın Qımılqışlaq kəndində yerli gənclər üçün təlim keçirilib FOTO

"Yurd" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilən “Kənd gəncləri üçün fərdi inkişaf məktəbi” layihəsi çərçivəsində Quba rayonunun Qımılqışlaq kəndində təlim sessiyası keçirilib. Tədbir Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən həyata keçirilən “Yerli Gənc” Kənd Gənclərinin İnkişaf Proqramı ilə birgə təşkil olunub. Tədbirdə Qımılqışlaq kəndində yaşayan 25 fəal gənc iştirak edib.


Təlim iştirakçıların gənclər siyasəti haqqında məlumatlılığının artırılması, istedadlı gənclərin üzə çıxarılması, ictimai fəallılığının və təşəbbüskarlılığının artırılması, gənc təlimçilər şəbəkəsinin formalaşdırılması, liderlik məktəbinin yaradılması məqsədilə təşkil olunub.

Tədbirə Quba rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi, Qımılqışlaq kənd bələdiyyəsinin nümayəndələri, "Yurd" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov, ARGTMŞ-ın “Yerli Gənc” Kənd Gənclərinin İnkişaf Proqramının koordinatoru Faiq Əmirəliyevin açılış nitqləri ilə başlanılıb. Daha sonra “Yerli Gənc” Kənd Gənclərinin İnkişaf Proqramının təqdimatı keçirilib və iştirakçılara proqramın imkanları, bu imkanlardan faydalanmaq üsulları haqqında məlumat verilib. Təqdimat başa çatdıqdan sonra təlim sessiyasına start verilib.

Təlimin əvvəlində gənclərə Azərbaycan gənclər siyasəti, gənclərlə bağlı Dövlət Proqramları, könüllülük hərəkatı haqqında məlumat verilib, gənclərin inkişafı üçün ölkəmizdə münbit şəraitin olduğu bildirilib. Keçirilən praktiki məşğələlər, komanda oyunları vasitəsilə onların bilikləri möhkəmləndirlib və liderlik bacarıqları inkişaf etdirilib. Həmçinin, gənclər onları düşündürən suallara cavab tapmaq imkanı əldə ediblər. Sonda tədbir iştirakçılarının təltifolunma mərasimi keçirilib.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı əsasında 2015 - ci il Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilmişdir. Bunu nəzərə alaraq, “Azərbaycan: 2020 gələcəyə baxış” İnkişaf Konsepsiyası, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın prioritetlərinə uyğun olaraq, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Yerli Gənc” Kənd Gənclərinin İnkişaf Proqramını həyata keçirir. Bu günə qədər proqramçərçivəsində təlim sessiyaları Şəki rayonunun Kiş, Lənkəran rayonunun Separadi, İsmayıllı rayonunun Kürdmaşı, Ağdam rayonunun Quzanlı kəndlərində 100-dən çox gəncin iştirakı ilə baş tutub
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !