Qarabağ müharibəsi əlil və veteranlarının sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində peşə təlimlərinin təbliği layihəsi -

“Qarabağ müharibəsi əlil və veteranlarının sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində peşə təlimlərinin təbliği” layihəsi

“Qarabağ Əlilləri və Veteranları” Cəmiyyəti İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qarabağ müharibəsi əlil və veteranlarının sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində peşə təlimlərinin təbliği” layihəsi çərçivəsində təşkil olunmuş kompyuter peşəsinin öyrədilməsi kursları layihəsində müəyyən olunmuş proqram üzrə davam edir.
“Qarabağ Əlilləri və Veteranları” Cəmiyyəti İctimai Birliyinin sədri Növrəstə Yusifova həyata keçirilən layihənin məqsədi və məramı ilə əlaqədar məlumat ətraflı məlumat verərək bildirdiki, layihənin məqsədi Bakı və Sumqayıt şəhərində yaşayan Qarabağ müharibəsi əlil və veteranlarına, onların ailə üzvlərinə kompyuter peşəsinin öyrədilməsidir.
Layihə çərçivəsində təşkil olunmuş peşə kurslarında İctimayi birliyə müraciyyət etmiş Şəhid və valideyn himayəsindən məhrum olunmuş yeniyetmələr üçün kompyuter peşəsi üzrə ayrı-ayrılıqda 3 aylıq kurslar nəzərdə tutulub.
Kompyuter kursları 2 mərhələdən ibarət olacaq və kurslarda hər mərhələdə 10 benifisat iştirak edəcək. 20 nəfər Qarabağ müharibəsi əlil və veteranlarının, onların ailə üzvlərinə kompyuter bilikləri öyrədiləcək.
Kursu müvəffəqiyyətlə başa vuran iştirakçıları idarə və müəssisələrdə işlə təmin olunmaları uçün İctimai Birliy tərəfindən müraciyyət edilərək köməklik göstəriləcəkdir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !