Gələcəyi Boya rəsm festivalı layihəsi davam edir -

“Gələcəyi Boya” rəsm festivalı layihəsi davam edir

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçən sözügedən layihə çərcivəsində təlimlər davam etməkdədir.
Uşaq evləri və internat məktəbləri ilə iş, həmin təhsil müəssisələrinin sakini olan uşaqlarla sosial işin təşkilini gücləndirmək, onların asudə vaxtlarının səmərəli təşkilində yardımçı olmaq kimi prinsipləri icrasında əsas götürən layihə həmçinin uşaqlarda rəsmə olan marağı aşkara çıxarmaq, onları rəsm çəkməyə daha da həvəslənirmək üçün təşkil olunmuşdur.
11 və 16 sentyabr tarixlərində Ümid Yeri uşaq evi və 2 saylı internat məktəblərində reallaşan təlimlər zamanı 50 nəfərə yaxın uşaq, gənc rəssam Aysel Əmirovanın keçmiş olduğu təlimlər çərcivəsində layihənin ideyasına uyğun gələcəyə dair fikirlərini çəkmiş olduqları rəsm nümunələrində əks etdirmişlər.
Layihə çərcivəsində təlimlərin davamı olaraq növbəti günlərdə uşaqlarla görüş 8 saylı və 12 saylı uşaq evlərindədavam etdiriləcəkdir.
Layihə rəhbəri Günel Abdullayevanın sözlərinə görə bu kimi layihələrin keçirilməsi üçün heç də dövlət və ya hər hansı təşkilatın bu işlə məşğul olmasını gözləməməli, fərdi şəkildə belə bu işlə məşğul olunmalıdır. Fərdi təşəbbüsləri dəstəkləyən qurumların mövcudluğu isə bu işdə çox yardımçı olmaqdadır. Ən bariz nümunə isə Gənclər Fondudur.
Sonda layihəyə təqdim olunan bütün rəsm nümunələrindən ibarət sərginin keçirilməsi ilə layihə yekunlaşacaqdır.

 

Günel Abdullayeva
Layihə rəhbəri
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !