SİZİ YENİ LAYİHƏMİZİN TƏQDİMATINA DƏVƏT EDİRİK... - ROBİN SHARMA

SİZİ YENİ LAYİHƏMİZİN TƏQDİMATINA DƏVƏT EDİRİK... ROBİN SHARMA

VAXT: 17.09.2015 saat 15:00
MƏKAN: Əl Oyunları İdman Sarayının konfrans zalı
IV Beynəlxalq kitab sərgi-yarmarkası çərçivəsində

----------------------------------

ROBİN SHARMA
SEN ÖLÜNCE KİM AĞLAR?

 

Bu kitab «Kitab klubu»nun başladığı “Osmanlıcadan tərcümə türkə nə deməkdir” adlı yeni layihənin ilk məhsuludur.
Layihənin məğzini M.Ə.Sabirin aşağıdakı misraları tam ifadə edir:

 

“Osmanlıcadan tərcümə türkə” - bunu bilməm,
Gerçək yazıyor gəncəli, yainki hənəkdir;
Mümkün iki dil bir-birinə tərcümə, amma
“Osmanlıcadan tərcümə türkə” nə deməkdir?!

 

Sizə təqdim edilən bu kitabın dilinə toxunulmayıb, yalnız dilimizdə az-az işlədilən söz və ifadələrin hər səhifənin sonunda tərcüməsi verilib. Kitabın sonunda da bu sözlərin toplandığı lüğət var.
Fikrimizcə belə təqdimat oxucuya həm türkcəni öyrənməyə kömək edər, həm də artıq türkcə oxumağa alışmış oxucuların marağına uyğun olar.

 

Azərbaycan türkçəsində lüğəti tərtib edən: Rauf Həmidov
Bakı, Kitab Klubu, 2015, 256 səh.
ISBN 978-9952-8210-7-9
© “Kitab Klubu” MMC 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !