Regionda Fərdi inkişaf məktəbi davam edir -

Regionda “Fərdi inkişaf məktəbi” davam edir

Qubada fəaliyyət göstərən “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-na Dövlət Dəstəyi Şurasının maliyyə vəsaiti ilə 2015-ci il “Kənd təsərrüfatı ili” çərçivəsində gənclər üçün icra edilən ictimai aktivlik layihəsi çərçivəsində daha bir tədbirini Quba rayonunun Hacıqayıb kəndində keçirib.
Tədbirdə 25 nəfər gəncə “Komanda işi”, “Uğurlu komandanın xüsusiyyətləri”, “Liderlik”, “Liderin xüsusiyyətləri”, Liderliyin növləri”, Fərdi inkişaf və motivasiya”, “Özünüqiymətləndirmə” mövzularında təlimlər keçirilib.
Layihənin əsas məqsədi kənd ərazisində yaşayan gənclər arasında könüllülüyün təbliği, ictimai aktivliyin artırılması, onlarda liderlik keyfiyyətlərinin yüksəldilməsi, bacarıqlarının artırılmasıdır.
“Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov layihənin əsas məqsədinin ölkə prezidenti cənab İlham Əliyevin “Neft kapitalını insan kapitalına çevirək” devizi altında keçirilən tədbirlərə, eyni zamanda “Kənd təsərrüfatı ili”çərçivəsində müəyyən edilən vəzifələrə dəstək olduğunu bildiriblər. Qeyd olunub ki, inkişaf edən ölkəmizin gələcək kadrları kimi məhz yetişməkdə olan gənc nəslin bu kimi bilik və bacarqılara indidən mənimsəməsinə, onların vətənpərvər bir gənc kimi yetişməsinə ehtiyac duyulur. Bu səbəbdən də bu kimi tədbirlər ölkəmiz üçün istedadlı gənclərin yetişdirilməsi və üzə çıxarılması üçün atılan ilkin addımlardır.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Bu günə qədər isə layihə çərçivəsində Quba rayonunun Güləzi, Ağbil, Qəçrəş, Rustov və Püstəqasım kəndlərində təlimlər təşkil edilib.
Qeyd edək ki, avqust ayından start götürən layihə çərçivəsində Quba rayonunun daha 2 kənd ərazisində - Qaraçay və Dağlı kəndlərində 14-22 yaşlı gənclərin iştirakı ilə təlimlər təşkil olunacaq, gənclərə icma əlaqələrinin formalaşdırılması, icmalarda problemlərin həllində könüllü iştirak, müxtəlif tipli layihələrin hazırlanması və icra edilməsi mövzularında biliklər veriləcək.

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !