Qubanın Püstəqasım kəndində gənclər üçün Fərdi inkişaf məktəbi təşkil edilib -

Qubanın Püstəqasım kəndində gənclər üçün “Fərdi inkişaf məktəbi” təşkil edilib

Azərbaycan Respublikası Prezidenti yanında QHT-na Dövlət Dəstəyi Şurasının maliyyə vəsaiti ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən 2015-ci il “Kənd təsərrüfatı ili” çərçivəsində Quba rayonunda gənclər üçün icra edilən ictimai aktivlik layihəsi çərçivəsində Quba rayonunun Püstəqasım kəndində baş tutub.
Layihənin əsas məqsədi kənd ərazisində yaşayan gənclər arasında könüllülüyün təbliği, ictimai aktivliyin artırılması, onlarda liderlik keyfiyyətlərinin yüksəldilməsi, bacarıqlarının artırılmasıdır.
Püstəqasım kəndində baş tutan tədbirdə 25 nəfər gəncə “Komanda işi”, “Uğurlu komandanın xüsusiyyətləri”, “Liderlik”, “Liderin xüsusiyyətləri”, Liderliyin növləri”, Fərdi inkişaf və motivasiya”, “Özünüqiymətləndirmə” mövzularında təlimlər keçirilib.
Rəsmi açılış mərasimində çıxış edən “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov layihənin əsas məqsədinin ölkə prezidenti cənab İlham Əliyevin “Neft kapitalını insan kapitalına çevirək” devizi altında keçirilən tədbirlərə, eyni zamanda “Kənd təsərrüfatı ili”çərçivəsində müəyyən edilən vəzifələrə dəstək olduğunu bildiriblər. Qeyd olunub ki, inkişaf edən ölkəmizin gələcək kadrları kimi məhz yetişməkdə olan gənc nəslin bu kimi bilik və bacarqılara indidən mənimsəməsinə, onların vətənpərvər bir gənc kimi yetişməsinə ehtiyac duyulur. Bu səbəbdən də bu kimi tədbirlər ölkəmiz üçün istedadlı gənclərin yetişdirilməsi və üzə çıxarılması üçün atılan ilkin addımlardır.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Qeyd edək ki, layihə çərçivəsində Quba rayonunun daha 3 kənd ərazisində - Hacıqayıb, Qaraçay və Dağlı kəndlərində 14-22 yaşlı gənclərin iştirakı ilə təlimlər təşkil olunacaq, gənclərə icma əlaqələrinin formalaşdırılması, icmalarda problemlərin həllində könüllü iştirak, müxtəlif tipli layihələrin hazırlanması və icra edilməsi mövzularında biliklər veriləcək.
Bu günə qədər isə layihə çərçivəsində Quba rayonunun Güləzi, Ağbil, Qəçrəş və Rustov kəndlərində təlimlər təşkil edilib.

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !