Qubada Mütaliə həftəsi -

Qubada “Mütaliə həftəsi”

Quba rayon MKS-nin təşkilatçılığı ilə Bəşir Səfəroğlu adına rayon Mədəniyyət mərkəzinin qarşısında, açıq havada "Mütaliə həftəsi" adlı aksiya keçirilir.
Oxucuların kitaba və kitabxanaya olan maraqlarını daha da artırmaq məqsədilə və ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan aksiyada "Bəxtiyar Vahabzadə - 90", "Zəlimxan Yaqub - 65", "Fikrət Qoca - 80", "Seyid Əzim Şirvani - 180", "Üzeyir Hacıbəyli - 130" və başqa mövzularda sərgilər nümayiş olunur. Burada həmçinin mütaliə masası təşkil edilib, yeni oxucuların kitabxanaya üzv olması üçün müvafiq şərait yaradılıb.
Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin rəsmisi Tariyel İbrahimov, MKS-nin direktoru Saməddin Nəsirov, Yazıçılar Birliyinin üzvü, "Gülüstan" ədəbi məclisinin sədri, şair, yazıçı-publisist Şıxəmməd Seyidməmmədov və digər çıxış edənlər belə tədbirlərin keçirilməsinin vacibliyindən danışıblar. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !