Qubada " ÖLÜMƏ QƏNŞƏR " bədii-sənədli filmin təqdimatı keçirilib - FOTO (Azpress.AZ - Quba, Ümüd Yusifov)

Qubada " ÖLÜMƏ QƏNŞƏR " bədii-sənədli filmin təqdimatı keçirilib FOTO (Azpress.AZ - Quba, Ümüd Yusifov)

 Quba rayonu Gənclər Mərkəzində Azərbaycanın Milli Qəhrəmanları Nəsibov Mərifət Əhməd oğlu, Alıcanov Rafiq Cəfər oğlu və Çobanov Şamoy Məhyəddin oğlu haqqında bədii-sənədli film nümayiş etdirilmişdir.
Tədbirdə rayon İcra hakimiyyətinin məsul işçiləri, rayon ərazisində yerləşən “N” saylı hərbi hissənin zabit və əsgərləri, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, və iştirakçılar. iştirak etmişlər
Tədbiri giriş sözü ilə Quba rayonu İcra hakimiyyətinin əməkdaşı açaraq hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsində və Milli Qəhrəmanların gənclər arasında təbliğ olunmasında filmin əhəmiyyətindən danışdı. Bu filmin hazırlanması üçün “Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək” ictimai birliyinə və bütün yaradıcı heyətə öz dərin minnətdarlığını bildirdi.
Sonra ictimai birliyin sədri Venera Əsgərova çıxış edərək filmin Quba rayonunda nümayiş etdirilməsinə göstərilən köməkliyə görə Quba rayon İcra hakimiyyətinə təşəkkür etdi.
Tədbir bədii-sənədli filmin nümayişi ilə davam etdirildi
" ÖLÜMƏ QƏNŞƏR " bədii-sənədli film " İZ Production " tərəfindən çəkilmişdir. Bədii-sənədli filmin çəkilişi qəhramanların ailə üzvlərinin və döyüş yoldaşlarının xatirələri , təəssüratları əsasında Qazax , Ağstafa və Quba rayonlarında aparılmışdır. Film tam formada çəkilişin Qubada başa vurmuşdur
Layihənin əsas məqsədi gənclər arasında mənəvi dəyər prinsiplərini formalaşdirmaq , genişləndirmək , aşılamaq və hərbi vətənpərvərlik ruhunda böyüməsinə və bu istiqamətdə əməli dəstək olmasından ibarətdir.

 

Foto- Quba, Ümüd Yusifov

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !