Yaşıl xəzinəmizi qoruyaq! yekunlaşdı - FOTO

“Yaşıl xəzinəmizi qoruyaq!” yekunlaşdı FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə Tamerlan Turabov tərəfindən Quba rayonunda icra olunan “Yaşıl xəzinəmizi qoruyaq!” layihəsi yekunlaşdı.
Layihə çərçivəsində Quba Dövlət Sosial İqtisad Kollecində 2 və Quba 2 saylı humanitar təmaüllü liseydə 3 tədbir keçirilib. Tədbirlərdə müəllim şagirdlər və tələbələr, Quba rayon Turizm İnformasiya Mərkəzinin mütəxəssisi Mətləb Şıxbabayev, Yeni Azərbaycan Partiyasının Quba rayon təşkilatının məsləhətçisi Qılman Qürbətov və Quba rayon Turizm İnformasiya Mərkəzinin direktoru Murad Hacıyev iştirak ediblər.
Tədbirlərdə layihə rəhbəri Tamerlan Turabov layihənin məqsədindən, layihənin donoru olan Gənclər Fondu və onun yaranmasından, prezident İlham Əliyevin uğurla yürütdüyü gənclər siyasətindən danışıb.
Layihə rəhbəri bildirib ki, 2010-cu ilin Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölkəmizdə ekologiya ili elan edilmişdir və ekologiya ili çərçivəsində bu gün də müxtəlif tədbirlər həyata keçirilir, əhali arasında maarifləndirmə işləri aparılır.
T. Turabov qeyd edib ki, 2014-cü ildə IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıl Marafon” layihəsi başladılmışdır. “Yaşıl Marafon” layihəsinə ölkəmizin 76 rayon və şəhər icra hakimiyyəti qoşulub və layihə çərçivəsində ölkə ərazisində ümumilikdə 1,5 milyona yaxın müxtəlif cinsli ağaclar əkilib.

Layihənin məqsədi haqqında məlumat verən T. Turabov zəngin təbiətə malik Quba rayonunda sözügedən layihənin həyata keçirilməsinin əhəmiyyətindən danışıb.
Tədbirlərdə çıxış edən müəllim və qonaqlar sözügedən layihənin həyata keçirilməsinin bu günün tələblərindən olduğunu vurğulayıblar. Respublikamızda turizm potensialının inkişafı üçün yaradılan yüksək şəraitdən, dövlətimiz tərəfindən bölgələrə ayrılan diqqət və qayğıdan, bölgələrin inkişafından, salınan parklar və yaşıllıqlardan danışaraq Quba rayonunda təbiətin qorunmasının və ətraf mühitin mühafizəsinin aktual məsələ olduğunu qeyd ediblər.
Tələbələr bu kimi əhəmiyyətli layihənin onların Kollecində keçirilməsindən məmnun olduqlarını və layihə çərçivəsində keçirilən maarifləndirici tədbirdən faydalandıqlarını bildiriblər.
Tədbir iştirakçıları “Yaşıl xəzinəmizi qoruyaq!” layihəsinin adının tam bir çağırış olduğunu və şüar kimi yaddaşlarda qalacağını qeyd ediblər və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna və Tamerlan Turabova zəngin floraya və turizm potensialına malik Quba rayonunda bu günün tələbinə uyğun belə bir layihənin keçirilməsinə görə təşəkkürlərini bildiriblər.
Tədbir şagirdlər tərəfindən böyük maraqla qarşılanıb ki, bu layihənin davamlılığına ehtiyac olduğunu göstərir.
Tədbirlərin sonunda şagirdlərə layihə çərçivəsində hazırlanan bukletlər paylanılıb və xatirə şəkilləri çəkdirilib.


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !