Quba rayonunda Azərbaycanda Multimədəni, Plüralistik Vətəndaş Cəmiyyətinin Perspektivləri layihəsi üzrə elmi-praktik konfrans keçirilib -

Quba rayonunda “Azərbaycanda Multimədəni, Plüralistik Vətəndaş Cəmiyyətinin Perspektivləri layihəsi üzrə elmi-praktik konfrans keçirilib

03.09.2015 Quba rayonunda “Azərbaycanda Multimədəni, Plüralistik Vətəndaş Cəmiyyətinin Perspektivləri layihəsi üzrə elmi-praktik konfrans keçirilib.
“Elm Yurdu” Sosial Araşdırmalar İctimai Birliyi (EYSAİB) Quba rayonu Bələdiyyyəsində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycanda Multimədəni, Plüralistik Vətəndaş Cəmiyyətinin Perspektivləri” layihəsi üzrə elmi-praktik konfrans keçirib.
Layihə rəhbəri Kamran Babayev iştirakçıları salamlamış, təşkilatın fəaliyyəti və layihə haqqında məlumat vermiş, Azərbaycanda tarixən formalaşan çoxmədəniyyətliliyin dünya siyasətinə dəyərli bit töhfə olduğunu bildirmişdir. Moderator layihəni və ekspertləri təqdim edərək problemin aktuallığını diqqətə çatdırmışdır.
BBMM-in əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru Rəşad İlyasov “Azərbaycan Multikulturalizmi: Tarix və müasirlik” mövzusunda problemin mahiyyətindən danışmışdır. Ekspert “Azәrbaycanda dini mәdәniyyәtin, tolerantlığın, dinlәrarası vә mәdәniyyәtlәrarası dialoqun tәbliğinin güclәndirilmәsinә dair әlavә tәdbirlәr haqqında” Dövlət başçısının Sәrәncamının bu məsələyə həssas yanaşmanın, xüsusi diqqətin ğöstəricisi olduğunu qeyd etmişdir.
Digər ekspert fəlsəfə üzrə fəlsəfə doktoru, Elvüsal Məmmədov “İslamda tolerantlıq məsələləri” mövzusunda çıxışında dini konfessiyalar arasındakı dözümlülüyün, tarixi tolerantlıq ənənələrinin formalaşmasında islamın rolundan bəhs etmiş, nümunələrlə bu əxlaqi-mənəvi dəyərlərin əhəmiyyətini şərh etmişdir.
Tədbirin sonunda “Elm Yurdu” İB-nin sədri, ilahiyyat üzrə fəlsəfə doktoru Elşad Mahmudov “Müasir Müsəlman-intellektual şəxsiyyət və nümunəvi vətəndaş kimi” mövzusunda çıxış edib. E.Mahmudov bir əxlaq sistemi kimi islamın müxtəlifliyi, digərləri ilə birgəyaşayış prinsiplərini qoruyub saxlamada rolunu əsaslandırmış məhz bununla da müasir, intellektual şəxsiyyət və nümunəvi vətəndaş kimi formalaşmanın yollarını bəyan etmişdir.
Çıxışlar dinlənildikdən sonra iştirakçılara “Elm Yurdu” İB-nin layihələrini əks etdirən kitabçalar paylanıb və ekspertlər tərəfindən suallar cavablandırılıb.

 

/İcraçı direktor Kamran Babayev/
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !