Arif Səlimov: - "Bu gün mənə edilən kiçik diqqət milyonlara bərabərdir" (Bəstəkarın yaradıcılıq gecəsindən)

Arif Səlimov: "Bu gün mənə edilən kiçik diqqət milyonlara bərabərdir" (Bəstəkarın yaradıcılıq gecəsindən)

Ötən gün Bəstəkar və müğənni Arif Səlimovun paytaxt restoranlarından birində yaradıcılıq gecəsi baş tutdu. Açılışı özünün populyar "O Mənəm" adlı mahnısı ilə edən bəstəkar gecəsində maraqlı anlar yaşayıb. Gecədə ən maraqlı məqam isə tədbirə sevilən sima bəstəkar və müğənni Elza Seydicahanın təşrif buyurması olub. Elza Seydicahanın gəlişinə sevinən bəstəkar hisslərini məhz belə ifadə edib: "Həmişə arzulamışam ki, Elza xanımın bir mahnısını onun qarşısında canlı ifa edim.". Bəstəkar bu sözləri söyləyərək Elza Seyidcahanın sevilən mahnılarından birini canlı olaraq pianoda ifa edib. Elza Seyidcahan da öz növbəsində Arif Səlimova qoşulub.
Bundan əlavə saytımızla bərabər tanınan jurnalistlərdən anspress.com saytında çalışan Zülfiyyə Qurbanova, "Dost TV1" online tv kollektivi eləcə də "Bizim Tv" kollektivi iştirak edərək gecənin görüntülərini lentə alıblar.

Saytımıza qısa müsahibəsində yaradıcılıq gecəniz ürəyinicə oldumu sualına "Arif Səlimov təbii ki, istərdim ki, daha da geniş olsun. İstədim ki, musiqilərimi ifa edən hər bir kəs gəlsin. Mahnılarımı çox məşhur müğənnilər ifa ediblər. Xalq artistimiz Flora Kərimova, Gülyaz və Gülyanaq Məmmədova bacıları, Samir Cəfərov, Nazpəri Dostaliyeva, Xatun, Bahar Lətifqızı və sarə. Gələnlər də sağ olsun. Gəlməyənlər də. Mənim üçün əsas can sağlığıdır. Deyə bilərsiz ki, niyə bunlar gəlmədilər.
Birdə ki, mən heç kəsi qınaya bilmərəm. Həftə sonudur. Hər kəs şou proqramlardadır. Mənim üçün qismət anlamı daha vacibdir. Baxın Elza xanım mənim mahnımı oxumayıb. Amma qismət elə gətirdi ki, onun qarşısında mənim onun mahnısını canlı ifa etdim. Amma ürəyimcə olmadıda deyə bilmərəm. Gecəyə gəlməmişdən öncə sənət müəllimimin qəbrini ziyarət etdim. Gecəmdə də səhnənin tərtibatını da sanki onun kiçik evinə bənzətməyə çalışdım.
Ümumiyyətlə çox maraqlı oldu. Qızım üçün dostlarımın o cür şarlarla tərtibat vermələri daha sonra dostumuz gözəl şairə Cəmilə Vasifqızının qızı Fatimənin qızım üçün gözəl rəsimləri çəkərək hədiyyə etməsi mənim üçün böyük hədiyyə oldu. Qızım bu rəsmləri çox sevir. Bu günümdə mənə edilən kiçik diqqət milyonlara bərabərdir. Təşəkkür edirəm gözəl dostlarıma. Arif deyəsən qəlb sevindirməyi
çox sevir? sualına isə "Qəlb sevindirmək bəli bilirsiz. Biz kimik ki, Allah hamımızı yaradıb. Gücümüz çatdığımız qədər bunu hamımız etməliyik. Bacardığımız qədər sevinməyi lazım olan qəlbləri sevindirmək borcumuzdur. Bəlkə sizə bir az pis səslənər. Mən çox xoşbəxtəm ki, hələ o sağ ikən onun üçün yazdığım mahnım anamın son görüntüləri ilə səsləndi gecəmdə. Sağ olsun Heydər qardaşımız. O görüntüləri o lentə alıb. Dünyam tarimar oldu. Göz yaşlarımı heç saxlaya bilmədim. Amma çox xoşbəxtəm ki, anam sağ ikən öz gözəl balamı gördü. O mahnını mən ona həsr etsəm də sağ ikən amma inanın ki, sanki hiss etmişdim ki ona nəsə olacaq. İnanın ki, qəlb sevindirmək deyirsiz. O sözlər Nurlanə Nursuzun sözləri idi. Onun qəlbi sevinirdi. Çünki onun özü olmasa da onun doğması burda idi. Çünki bizim Mədəniyyət Nazirliyinin nəzinində olan "Mədəniyyət" qazeti. Çox möhtəşəm qazetdir. Sağ olsun Səbinə xanım. O da bu günki günü işıqlandıracaq. Həqiqətən də əlbəttə qəlb sevindirmək mənim üçün böyük bir xoşbəxtlikdir. Kaş ki mənim imkanım çox olsun. Elə qəlblər var ki onlar sevinməlidir. Onların ona haqqı və ehtiyacı var. Mahnılarınızı çox məşhurlar ifa ediblər. Bəs elə məşhurlar var mı ki, onların da oxumasını istərsiniz? sualına "Çox istərdim Zeynəb Xanlarova, Bülent Ersoy oxusun. Röya oxusun. Aygün oxusun. Bəzi bəstəkarlar elə düşünürlər ki, bəstəkar gözləməz. Gözləyirəm. Niyə gözləmiyim. O ayıb iş deyil. Mən gəncəm. Mənim üçün böyük fəxrdir. Mənim mahnımı Flora xanım oxuyubsa mən 5 ildə gözləyərəm ki, məndən bir mahnı Zeynəb xanım da oxusun. Ümumiyyətcə Azərbaycan səhnəsində olan bütün istedadlar mənim mahnılarımı oxumağını istəyərəm. Ümumiyyətcə mənim bəstəkar bəxtim taleyim o qədər gətirib ki, məni tanıyan dostlarım da bilir. Oturmuşam. Hər şey birdən olub. Amma çox əziyyələr də çəkmişəm. Şükrlər olsun. Bu gün artıq onun bəhrəsini görürəm. Arif üçün sənət və həyat yolunda pik nöqtə hanısıdır? sualına "İlk öncə can sağlığım olsun. Bütün uğurlarımda konsertlərim də qızımla bərabər olum. Onun hər arzusunu çin edə bilim. Xoşbəxt olsun. Baxmayaraq ki, o 8 aylıqdır amma gördünüz ki, ona şəkilləri təqdim edəndə o necə sevindirdi. Qoy o dünyanın xoşbəxti olsun. Əslində bu gün ki, günü məhz onun üçün etdim ki, qoy o böyüyəndə görsün ki onun 8 aylığında ona necə tədbir elədik. Hər birinizə dostlarıma hamıya can sağlığı arzu edirəm. Əsas budur."
- Gələcəkdə nə kimi planlarınız var sualına isə bəstəkar "Təbii. Planlarım böyükdür. Fikrimcə ən gözəl uğurlarım hələ qabaqdadır. "Rəşid Behbudov Adına Dövlət Mahnı Teatrı" da daha da böyük bir yaradıcılıq gecəmi keçirmək planımdadır. Allah əsas can sağlığı versin. Əsas qismət olsun bu yaradıcılıq gecənin daha da genişini böyük səhnədə edə bilim inşa allah. Əsas sizə öz təşəkkürümü bildirirəm gəldiniz. Çox sağ olun ki, gəldiz dəstək oldunuz. Var olun."
Sonda saytımıza nə arzulayırsınız sualına isə bəstəkar "Çoxlu oxucu kütləniz olsun. Seçilənlərdən olasınız." söyədi.

 

Yaradıclıq gecəsindən exclusive fotoları sizlərə təqdim edirik:
 

Təqdim etdi:

Kamran Nur

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !