Qubada Sülh aylığı aylığı çərçivəsində tədbir keçirilib -

Qubada “Sülh aylığı” aylığı çərçivəsində tədbir keçirilib

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatıçılığı ilə avqustun 28-də Quba şəhəri “Ərdəbil” məscidində dindarların iştirakı ilə “Sülh aylığı” çərçivəsində “Azərbaycanda sülh və dözümlülük mədəniyyəti və milli – mənəvi dəyərlərin təbliği” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Quba Regional İdarəsinin direktoru Bəhruz Əfəndiyev, Quba, Qusar və Xaçmaz rayonları üzrə bölgə qazısı, “Ərdəbil” məscidinin axundu Hacı Naib Səttarov iştirak ediblər.
Hacı Naib Səttarov tədbiri açaraq bildirib ki, həyata keçirilən bu tədbirlərin hər biri dindarlar arasında maafrifləndirmə işinin aparılmasına xidmət etməklə yanaşı dindarların öz hüqülarını və vəzifələrini daha dərindən öyrənmələrinə səbəb olur.
Daha sonra DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev mövzu ilə əlaqədar geniş məruzə edərək qeyd edib ki, Prezident cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən sülh və dözümlülük və milli – mənəvi dəyərlərin təbliği prioritet məsələ kimi təsbit olunub. Məhz ölkə başçısının müvafiq Sərəncamını əldə rəhbər tutaraq bölgəyə daxil olan rayonlarda maarifləndirici və təbliğat xarakterli tədbirlər həyata keçirilir.
Daha sonra B. Əfəndiyev çıxışı zamanı İnsan Hüquqları üzrə Müvəkkilin həyata keçirdiyi tədbirlərdən və gördüyü işlərdən bəhs edib. Tədbirin yekununda E. Nurullayev Quba şəhəri “Ərdəbil” məscidinin axundu Hacı Naib Səttarova Azərbaycanda tolerant mühiti özündə əks etdirən “Azerbaijan – Land of Tolerance” nəfis tərtibatlı, ingilis və ərəb dillərində nəşr edilmiş kitabı təqdim etməklə məscidə hədiyyə edib.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !