Məişət zorakılığı ilə bağlı layihə yekunlaşdı -

Məişət zorakılığı ilə bağlı layihə yekunlaşdı

“Müasir Beynəlxalq Hüquq və Davamlı İnkişaf” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Məişət zorakılığı ilə bağlı məlumatlandırma kampaniyasının aparılması” adlı layihəni yekunlaşdırmışdır. Əsas məqsədi Ağcabədi və Quba regionlarında yaşayan gənclər arasında məlumatlandırma kampaniyası aparmaqla gələcək ailələrdə sağlam münasibətlərin formalaşdırılmasına nail olmaq olan layihə çərçivəsində keçirilən tədbirlər yerli ictimaiyyət nümayəndələri və gənclərin yüksək marağına səbəb olmuşdur. Qeyd edilən mövzu üzrə keçirilən təlim və seminarlarda fərqlənən gənclər xüsusi proqrama cəlb edilmiş və onların bu sahə üzrə təlimçi kimi formalaşdırılmasına kömək göstərilmişdir. Bundan başqa Ağcabədi və Quba rayonlarında mövzu ilə əlaqədar olaraq geniş ictimaiyyətin məlumatlandırılması üçün də fəaliyyətlər edilmişdir.
Tədbirlərdə iştirakçıları layihənin maraqlı olduğunu və gələcəkdə davam etdirilməsinin önəmini vurğulamışlar.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !