"Cızma-Qara" layihəsi sona çatdı -

"Cızma-Qara" layihəsi sona çatdı

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə gənc yazar-tərcüməçi Züleyxa Məmmədovanın rəhbərliyi altında həyata keçirilən“Cızma-Qara” layihəsinin bağlanış mərasimi baş tutdu. Bağlanış mərasimində ilk çıxışı layihə rəhbəri Züleyxa Məmmədova edib. O, iştirakçılara Gənclər Fondu, onun yaranması və həyata keçirdiyi müxtəlif fəaliyyətlərdən, bu gün respublikada Prezident İlham Əliyevin yürütdüyü gənclər siyasətindən və bununla bağlı həyata keçirilən layihələrin gənclər tərəfindən böyük rəğbətlə qarşılanmasından bəhs edib. Daha sonra layihə rəhbəri Gənclər Fonduna, iştirakçılara və təşkilatı işlərdə ona kömək edən Allmag- Gənclərin Fərdi İnkişaf Portalına öz təşəkkürlərini bildirərək sözü təlimçi İlqar Mirzəyə verib. Tədbirin rəsmi hissəsində iştirakçılara sertifikatlar paylanılıb və daha sonra xatirə şəkilləri çəkdirilib. Qeyd edək ki, layihə çərçivəsində təlimlər 3 gün- avqust ayının 18, 20 və 22 tarixlərində keçirilib. Layihə və onun çərçivəsində keçirilən təlimlər gənclər tərəfindən böyük maraqla qarşılanıb.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !